“Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb”.
Bu barədə Ednews-a Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir.
“Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub”, - məlumatda vurğulanıb.