Yeni araşdırmalara görə, hazır qidalar, qazlı içkilər və enerji içkiləri kimi məhsullar xroniki yuxusuzluğa səbəb ola bilər.
Ednews Huriyyet.com-a istinadən bildirir ki, hazır qidaların piylənmə, diabet və xərçənglə əlaqəli olduğu bilinsə də, yeni araşdırmalar qazlı içkilər və enerji içkiləri kimi məhsulların da xroniki yuxusuzluq problemlərinə səbəb olduğunu ortaya qoyub.
Son araşdırmalar bu qidaların piylənmə, ürək xəstəlikləri, diabet və bağırsaq xərçəngi də daxil olmaqla cəmi 32 xəstəliyə səbəb ola biləcəyini irəli sürüb. Fransanın Sorbon Paris Nord Universitetinin tədqiqatçıları bu qidaların sağlamlığa təsirləri ilə yanaşı, insan yuxusuna da təsir göstərə biləcəyini və ləzzətli qidalar kateqoriyasındakı qidaların xroniki yuxusuzluğa səbəb olduğunu müəyyən ediblər.
Təxminən 40 min yetkinin qidalanma və yuxu rejimini təhlil etdikdən sonra hazır qida istehlakı ilə xroniki yuxusuzluq arasında əhəmiyyətli bir əlaqə tapılıb.
Xalidə