Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyadan bir-birinin ardınca həyəcanlı bəyanatlar gəlir.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ötən gün Rusiyanın nüvə silahı doktrinasını dəyişəcəyi ilə bağlı açıqlamalarından sonra Rusiya parlamentinin müdafiə komitəsinin sədri Andrey Kartapolov açıqlama verib.
Rusiyanın RİA xəbər agentliyinin verdiyi xəbərdə Kartapolov, "Rusiyaya qarşı təhdidlər artarsa, Moskva nüvə silahının istifadə vaxtını dəyişə bilər" deyib.
Kartapolov, "Əgər təhdidlərin və çətinliklərin artdığını görsək, o zaman nüvə silahlarının nə vaxt istifadə ediləcəyi ilə bağlı bəzi detalları dəyişə bilərik. Amma təbii ki, hazırda detallardan danışmaq tezdir" dedi.
Rusiyanın 2020-ci ildə hazırladığı nüvə silahı doktrinasında ölkənin varlığına ciddi təhlükə yaradan nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadə edildiyi təqdirdə nüvə silahından istifadə ediləcəyi bildirilib.
Xəyal