Sağlamlıq xəbərləri dərc edən Health adlı saytda arıqlamaq üçün neçə dəqiqə piyada getməyinizlə bağlı ekspert rəyləri yer alıb.
“EDnews” xəbər verir ki , məlumatda , nizamlı gəzinti maddələr mübadiləsini gücləndirdiyi, psixi sağlamlığınız üçün faydalı olduğunu, xroniki xəstəliklər riskini azaltdığı və sümükləri gücləndirdiyi bildirilib.
Mütəxəssislərin fikrincə, həftənin dörd günü 50 dəqiqə gəzinti arıqlamaq üçün ideal vaxtdır. Əgər 50 dəqiqəni bir anda tamamlaya bilmirsinizsə, onu 25 dəqiqəlik iki seansda tamamlamaq daha yaxşı olar.
Fatimə Mərdanlı //EDnews