Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata "başa gəldi" - RƏSMİ

Hadisə 11:09 10.01.2025

Son günlər mediada "Əməliyyat zamanı doğum günü cərrah xəstənin həyatını heçə saydı" mövzulu məlumatlar yayılıb. Faktın ətraflı araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 9 yanvar 2025-ci ildə "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.

"EDnyus" xəbər verir ki, bu barədə  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə İnzibati Xətalar Məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib:

"Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var:

"Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Xatırladaq ki, yanvarın 8-də "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva sosial şəbəkədə paylaşım edərək, iş yoldaşlarının ona sürpriz etdiklərini bildirib.

Hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Bununla bağlı xəbər yayılandan sonra isə həkim paylaşımını silib.

Yanvarın 9-da isə "German hospital"ın direktor müavini Səftər Əliyev bildirib ki, Ləman Əliyeva vəzifəsindən kənarlaşdırılıb.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

"Azərbaycan inkişaf edən, gələcəyi parlaq ölkədir"
23:51 19.07.2025
Britaniyada etiraz aksiyalarında 100-dən çox adam həbs edilib
23:27 19.07.2025
Hollivud “Hattuşalı Adama” Qapılarını Açır
22:51 19.07.2025
Britaniya yeni qırıcı təyyarə yaradır
22:24 19.07.2025
Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışdı
21:55 19.07.2025
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır"
21:33 19.07.2025
Avstraliya Ukraynaya "Abrams" tankları verdi
21:24 19.07.2025
"Biz xarici investorları enerji sektoruna cəlb edirik"
21:04 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib
20:58 19.07.2025
İranda ardıcıl ikinci güclü partlayış baş verdi
20:51 19.07.2025
"İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"
20:47 19.07.2025
"Azərbaycanı tənqid edənlərin xarici borcu ÜDM-in 100 %-i qədərdir və ondan da artıqdır"
20:39 19.07.2025
"Biz enerji siyasətimizi heç vaxt siyasiləşdirməmişik"
20:34 19.07.2025
ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?
20:29 19.07.2025
"Azərbaycanın gələcəyə dair aydın baxışı var"
20:16 19.07.2025
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
20:01 19.07.2025
Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək?
19:51 19.07.2025
Suriyada yeni qarşıdurma: İsrailin dəstəklədiyi druzlar kimlərdir?
19:21 19.07.2025
Kiçik meyvənin böyük möcüzələri -Zeytunun daha əvvəl bilmədiyimiz faydaları
18:59 19.07.2025
"Genius" kriptovalyuta bazarında nələri dəyişəcək?
18:26 19.07.2025
“Visa” və “Mastercard”a qarşı araşdırmalar başladı
17:52 19.07.2025
Ağız qoxusunun əsl səbəbi bilindi
17:39 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb
17:15 19.07.2025
"Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar"
17:02 19.07.2025
22 yaşlı qız döyülərək öldürüldü
16:55 19.07.2025
Hizbullah ABŞ-la razılaşmanın şərtlərini açıqladı
16:49 19.07.2025
"Ukraynanı dəstəkləməyə davam edəcəyik"
16:20 19.07.2025
"Hədəf Türkiyədir" -Suriyalı siyasi ekspert danışdı
15:56 19.07.2025
Pentaqon Microsoft-Çin əlaqəsini araşdıracaq
15:22 19.07.2025
İrəvan sərhəd məntəqəsinə Tələt Paşanın adının verilməsinə reaksiya verdi
14:52 19.07.2025
Aİ Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya vəsait ayıracaq
14:21 19.07.2025
Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 718 nəfərə çatıb
13:59 19.07.2025
Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib
13:45 19.07.2025
Avropa İttifaqının 18-ci sanksiyalar paketi qüvvəyə mindi
13:30 19.07.2025
Suriyanın Prezidenti Es-Süveydada atəşkəs elan edib
12:54 19.07.2025
Tramp hansı "möcüzə"dən danışır? -Ekspert Rəyi
12:22 19.07.2025
"Fənərbağça" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib
12:06 19.07.2025
“Yeni yaşayış məntəqələrində əhalinin rifahı və təhlükəsizliyi təmin olunur” -Deputat Qarabağa qayıdışdan danışdı
11:51 19.07.2025
"Arsenal" yeni transferini elan etdi
11:14 19.07.2025
Castin Biberin borcunu həyat yoldaşı ödəyəcək?
10:41 19.07.2025
Hamısı