ABŞ-ın Pensilvaniya ştatının Lancaster bölgəsində kiçik təyyarə qəzası baş verib.
“EDnews” xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.Hadisə yerli vaxtla saat 15:20 radələrində baş verib və təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Hazırda qəza yerində təcili yardım xidmətləri işləyir.
Qəza ilə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb. Hadisənin səbəbləri və təyyarədəki şəxslərin vəziyyəti ilə bağlı araşdırmalar davam edir.