İsrailin Hadera sahilləri yaxınlığında köpəkbalığı kişiyə hücum edib.
“EDnews” xəbər verir ki , hadisə nəticəsində kişi itkin düşüb.
Məlumata görə, çimərlik qeyri-müəyyən müddətə bağlanıb. Hazırda mütəxəssislər ərazidə işləyirlər, quruya çıxarılmış ola biləcək bədənin hissələrini axtarırlar.
Qeyd edək ki, bu, həmin ərazidə 2025-ci ildə qeydə alınmış ikinci analoji hadisəsidir. İlk insident bu ilin yanvarında baş verib.
Fatimə Mərdanlı //EDnews