Tailandın Hua Hin kurort şəhəri sahillərində kiçik polis təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində altı nəfər həlak olub.
“EDnews” xəbər verir ki , bu barədə Tailand milli polisi öz sosial media hesabında bildirib. Məlumatda qeyd olunub ki, polis aviasiya bölməsinin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra dənizə düşüb, göyərtəsində olan altı nəfərin hamısı həlak olub.
Polis qəzanın təyyarənin paraşüt təlimi üçün sınaq uçuşu həyata keçirərkən baş verdiyini vurğulayıb. Qəzanın səbəbləri araşdırılacaq.
Fatimə Mərdanlı //EDnews