ABŞ-nin "USS Harry S. Truman" təyyarədaşıyan gəmisinin göyərtəsində olan daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb.
“EDnews ”xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat verib.
Belə ki, ilkin məlumatlara görə, bu insidentə səbəb təyyarədaşıyıcının bəzi sistemlərinin nasazlığı ola bilər. Jurnalistlərin bildirdiyinə görə, "F/A-18"in pilotu və atıcısı katapult edə biliblər və yüngül xəsarətlər alıblar.
Qeyd edək ki, bu, son vaxtlar Qırmızı dənizdə ABŞ qırıcısının ikinci dəfə itirilməsi halıdır. Aprelin sonunda ABŞ Hərbi Dəniz Qüvvələri "F/A-18"in yedəkləmə zamanı suya düşdüyünü bildirmişdi. Buna səbəb kimi isə üsyançı "Ənsar Allah" hərəkatından Yəmən husilərinin hücumu göstərilmişdi.
Fatimə Mərdanlı //EDnews