Yaponiya özünümüdafiə qüvvələrinə məxsus təlim təyyarəsi Aiçi prefekturasının İnuyama şəhəri yaxınlığında qəzaya uğrayıb.
“EDnews” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat verib.
Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, təyyarə radarlardan itib. Öz növbəsində yerli yanğınsöndürmə xidməti qeyd edib ki, yerli vaxtla təxminən saat 15:00-da (Bakı vaxtı ilə 10:00) onlara təyyarənin nohura düşmüş ola biləcəyi ilə bağlı məlumat daxil olub.İlkin məlumata görə, təyyarədə iki nəfər olub.
Fatimə Mərdanlı //EDnews