Ərəb kəşfiyyatlarını Hitler zabitləri qurmuşdular TAM MƏXFİ

Maraqlı 14:44 02.12.2017
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) açıqladığı məxfi sənədlərdən məlum olur ki, vaxtilə alman nasistlərlə ərəb millətçiləri arasında dərin əlaqələr qurulubmuş. Yaxın Şərqə böyük diqqət ayıran və kəşfiyyat üçün külli miqdarda vəsait xərcləyən Hitler Almaniyasının bu maraqlarını daha sonralar yenə də keçmiş nasist kadrları davam etdirib.
 
Adolf Hitlerin hərbi kəşfiyyatının rəhbəri Reyhard Gehlen müharibə bitən kimi dərhal ABŞ-a təslim olmuşdu. Beləcə, Birləşmiş Ştatlar üçün çalışmağa başlayan Gehlen həm CIA-nin strukturlaşdırılmasında böyük işlər gördü, həm də bir çox keçmiş kəşfiyyatçı zabitlərin həyatlarını xilas etdi.
 
Adenauer Almaniyasının Yaxın Şərqdəki fəaliyyət tarixi və həmin bölgəyə keçmiş nasist zabitlərinin göndərilməsi 1950-ci illərdən başlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin dosyelərinə görə, nasist Almaniyasının Yaxın Şərq üzrə əsas ekspertlərindən biri, vaxtilə əsir düşərgəsinin rəhbəri olmuş Dr.Vilhelm Bayssner 1951-ci ildə Gehlenin təşkilatına bağlı olan bir Hamburq firmasının təmsilçisi kimi Misirin paytaxtı Qahirə şəhərinə göndərilib.
 
İkinci dünya müharibəsindən sonra alman kəşfiyyatı Yaxın Şərqdə bir qədər zəifləmiş və onun yerini rus kəşfiyyatı tutmuşdu. Belə olduğu halda, Reyhard Gehlen eyni zamanda SSRİ kəşfiyyatı ilə gizli əməkdaşlıq edərək, hazır kadrlar olan nasist zabitlərini bir-bir Misir və Suriyaya göndərmişdi.
Kral Fərrux dönəmində Misirə gələn keçmiş hitlerçilərin 1956-cı ildə Camal Əbdül Nasirin hakimiyyətə gəlməsində çox böyük rolu olmuşdu. Əbdül Nasir sonradan öz kəşfiyyat xidmətini yaradanda onun rəhbəri məhz Vilhelm Bayssnerin yetirməsi Zəkəriyyə Mühiddin olmuşdu.
 
Hitlerin keçmiş zabitləri əsasən Suriya, Misir və digər Yaxın Şərq ölkələrində müxtəlif fəaliyyətlərdə olublar. Həmin nasist kadrların əksəriyyəti SSRİ ilə müttəfiq olan ərəb ölkələrində yüksək vəzifələr tutublar. Təbii ki, başqa adlarla. Məsələn:
 
- Erix Altern (Əli Bella) – Haynrix Himmlerin bölgə rəhbəri – Misir-Fələstin hərbi düşərgə təlimçisi
- Hans Appler (Saleh Cəfər) – Yozef Göbbelsin kəşfiyyat mərkəzi – Misir İnformasiya Nazirliyinin mütəxəssisi
- Frans Bartel (Hüseyn) – Kattovits Gestapo rəhbərinin köməkçisi – (Misir İnformasiya Nazirliyi Yəhudi Əlaqələri deportamenti, 1959)
- Hans Bexer – “Gestapo”nun zabiti – İsgəndəriyyədə polis təlimçisi
- Bernhard Bender (Bəşir bin Salah) – Varşava “Gestapos”u – Qahirədə polis təlimçisi
- Verner Birqel (Əli Qəmin) – zabit – Misirdə İnformasiya Nazirliyinin mütəxəssisi
- Vilhelm Börner (Əli bin Kəşir) – Mathausen ölüm düşərgəsinə cavabdeh şəxs – Misirdə Daxili İşlər Nazirliyinin təlimçisi
- Fridrix Buble (Ben Əmman) – “Gestapo” zabiti – Misirdə polis təlimçisi
- Yoaxim Dömlinq (Mustafa İbrahim) – Düsseldorf Gestaposunun rəhbəri – Misirdə Həbsxana təlimçisi
- Leopold Qlaym (Nəşər) – Varşavada bölgə rəhbəri – Misirdə Milli Təhlükəsizlik zabiti
- Alois Mozer – SSRİ-dəki yəhudi qətliamına cavabdeh şəxs – Misirdə gənc hərbiçi kadlar mütəxəssisi
- Oskar Munsel - Tank briqadasının general-mayoru – Misirdə hərbi ekspert
- Haynrix Zellman (Həsən Süleyman) – Ulm Gestaposunun rəhbəri – Misirin İnformasiya Nazirliyi
- Albert Timann (Əmman Qədir) – Çexoslovakiyada SS zabiti – (Misirin İnformasiya Nazirliyi
- Erix Vaynman – Himmlerin Praqa üzrə təhlükəsizlik mütəxəssisi – İsgəndəriyyədə çevik polis təlimçisi.
 
Kəşfiyyat məsələlərində nasist keçmişindən qopmayan Almaniya 1989-cu ildə yenidən birləşdikdən qısa müddət sonra Orta və Yaxın Şərqlə bağlı fəaliyyətini daha da gücləndirdi. Almanlar həm sünni, həm də şiə radikal islamçı qruplaşmalarla sıx münasibətlər qurmuşdular. Bundan savayı, Almaniya ilə İran arasında 1991-ci ildə kəşfiyyat kadrlarının yetişdirilməsi ilə bağlı gizli müqavilə imzalanmışdı. Bu razılaşma 1993-cü ildə baş tutan gizli bir toplantı ilə daha da möhkəmlənmişdi. Həmin tarixdə İranın xarici kəşfiyyat idarəsinin rəhbəri Əli Fallahyanın Almaniyaya xüsusi səfəri və kansler Helmut Kolla, eləcə də alman kəşfiyyatının rəhbəri Bernard Şmidbauer ilə görüşməsi bu istiqamətdəki əlaqələri daha da gücləndirmişdi. Bunun nəticəsi kimi, İranın “Hizbullah” təşkilatını formalaşdırmasında almanların BND kəşfiyyat xidmətinin ciddi rolu olmuşdu. “Hizbullah” alman təşkilatlanma metodları əsas götürülməklə formalaşdırılıb. 
 
Suriya hakimiyyəti də uzun illər Hitlerin zabitlərilə əlaqədə olub. Məsələn, 2010-cu ildə Şam şəhərində ölən Alois Brunner hərbi cinayətkar idi. O, 1950-ci ildə Suriyaya gəlmiş, uzun müddət president Hafiz Əsədə, daha sonra isə Bəşər Əsədə xidmət göstərmişdi. Suriya hakimiyyətinə müxalifətə və PKK-ya qarşı mübarizədə bir sıra özəl metodlar öyrətmişdir. Ondan başqa, Qrans Rademaxer və Valter Rauff kimi hitlerçi zabitlər də sonradan Suriyada çalışıblar. 
 
Hazırda isə bir tərəfdən Livandakı “Hizbullah”, digər tərəfdən də Bəşər Əsəd hökuməti ilə yaxın əlaqələr quran Almaniya həm də kürd qruplaşmalarına hərbi və maliyyə dəstəyi ilə diqqət çəkir. 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Hamısı