Yəhudi ofisiant necə məşhur aparıcı oldu? MARAQLI FAKTLAR - FOTO

Maraqlı 18:35 02.01.2018

İzləyicini güldürməkdən və əyləndirməkdən yorulmamaq, onların maraq dairəsini hər zaman təmin etmək və təəccübləndirməyi bacarmaq böyük istedaddır. Sosial şəbəkələrin və blogerlərin televiziya verilişlərinin reytinqini üstələdiyini nəzərə alsaq, aparcıların bu missiyası daha da çətinləşib. Bunun üçün məsuliyyət hissi və peşə sevgisi azdır, gərək işin də səni sevsin.

Məsələn, proqramlarını heyranlıqla izlədiyimiz İvan Urqant bu gün Rusiyada ən çox tanınan və sevilən nömrəbir aparıcılardandır ki, 20 ilik fəaliyyəti ərzində televiziya radio və layihələri həm yüksək reytinq toplayıb, həm də bir insan kimi özünü geniş auditoriyaya sevdirə bilib. Belə görünür ki, peşəsi də onu sevir. Etiraf etmək lazımdır ki, həftənin 5 günü efirdə olan aparıcının nə özü, nə də verilişləri illərdir aktuallığını itirmir. Əksinə təcrübəsi onu son dövrlərin ən populyar televiziya ulduzuna çevirib. Əminliklə demək olar ki, Rusiya televiziyası və şou-biznesi İvansız çox darıxdırıcı olardı!

Ради карьеры Иван переехал в Москву

25-dən çox radio və televiziya verilişlərinin aparacısı olan İvan Urqant dəfələrlə "TEFİ" mükafatının laureatı seçilib. Müətəmadi olaraq keçirilən sorğuların nəticələrinə görə, o, Rusiyanın ən populyar televiziya aparıcısı adını qazanıb. Bəzən onun uğurlarını ya yaraşıqlı, ya da yəhudi olmasıyla əlaqələndirirlər. Bu fikirlərdə məntiq var, lakin İvan Urqant heç vaxt öz yaraşığına güvənən və özünü bəyənən aparıcı olmayıb. Əksinə o, öz nailiyyətləriylə kifayətlənməyən və öz üzərində həmişə işləyən həm istedadlı, həm də intellektual insandır.

Yəhudi əsilli məşhur şoumen, prodüser və aktyor hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi", "Smak"-ın, həmçinin "Projektorperishilton" verilişinin aparıcılığını edir.

Publika.az oxucuları verilişləri Azərbaycanda, eləcə də keçmiş SSRİ ölkələrində də maraqla izlənilən aparıcının həyatı və sevgi hekayəsiylə tanış edib.

Əslən yəhudi olan İvan Urqant 1978-ci il aprelin 16-da Leninqrad şəhərində, aktyor ailəsində anadan olub. Onun atası Andrey Urqant, anası Valeriya Kiselyova, eləcə də babası Lev Milinder və nənəsi Nina Urqant vaxtı ilə Rusiyanın tanınmış aktyorları olub. Urqantın valideynləri o, körpə ikən ayrılıb. Valideynləri boşandıqdan sonra o, anası və atalığı - Leninqradlı aktyor Dmitri Ladıginlə birlikdə yaşayıb.

Urqant Leninqradda yerləşən Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyasında, həmçinin 18 saylı uşaq musiqi məktəbində təhsil alıb. 1995-ci ildə gimnaziyanı bitirdikdən sonra birbaşa Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının ikinci kursuna qəbul olub. Urqant aktyor təhsili aldıqdan sonra teatr karyerasını davam etdirmək istəməyib, lakin etiraf edib ki, aldığı dram aktyoru təhsili ona teleaparıcı peşəsində çox kömək edib. Bununla belə İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib. Onun filmoqrafiyasında - "Yolkalar" və "Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 20-dən çox film var. Urqant bədii filmlərlə yanaşı, sənədli filmlərdə də çəkilib. O, Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çox seriyalı 7 sənədli filmdə aparıcı kimi çıxış edib.

Съемки документального фильма с Владимиром Познером

Urqant hələ akademiyada oxuduğu zaman və diplomunu aldıqdan sonra, özünü maddi baxımdan təmin etmək üçün barmen, ofisiant, gecə klublarında aparıcı və o cümlədən Jan-Mişel təxəllüsü altında striptiz klubda aparıcı işləyib. O, sonralar striptiz klubda aparıcı işləməsini belə xatırlayıb:

“Striptiz-barda mən ekstremal şərtlər altında işləyirdim. Belə məkanlarda aparıcıya diqqəti özünə cəlb etmək çox çətindir. Bundan başqa, mən heç vaxt həyatımda bu qədər çılpaq qadın görməmişdim”.

С отцом Иван Ургант сохранил хорошие отношения

İvan Urqant 2012-ci ilin payızından indiyədək Pervıy kanalın efirində yayımlanan "Gecə şousu" formatında olan "Urqantın gecəsi" verilişinin aparıcısıdır. Tənqidçilər "Urqantın gecəsi" layihəsini "kreativ sinfin" baxdığı yeganə teleşou adlandırırlar. Urqantın sözlərinə görə, bu verilişin yaradılmasında əsas məqsədi izləyiciləri neqativ fikirlərdən uzaqlaşdırmaqdır:

“Biz heç vaxt reytinq toplamaq üçün verilişə gələn populyar qonaqlardan bəhanə kimi istifadə etməmişik. Onlara zarafat obyekti kimi baxmamışıq. Bizdə məcburiyyət və mütləqlik yoxdur, qonaqlarla birlikdə xoş atmosfer yaradıb tamaşaçılara da müsbət enerji ötürmək istəyirik. Özümün cavab vermək istəmədiyim sualları qonaqlarıma verə bilmərəm. Ola bilsin ki, kimlərsə bunu edir. Mənsə yox, çünki qonaqlarımı çıxılmaz vəziyyətdə salanda özümü narahat hiss edirəm. Hətta qarşımda ən pis insan olsa belə. Düzdür, qarşımda belələri çox nadir hallarda olur. Amma yenə də alınmır. Bacardığım qədər həmişə çalışmışam ki, qonaqlarımız yenidən verilişə gəlmək istəsin. Bu, adi müsahibə deyil, xoş söhbətdir. Əsas məqsədimiz odur ki, insanlar bizə baxdıqdan sonra çarpayısına xoş əhval-ruhiyyə ilə uzansın. Xoş əhvalda yatan insan səhər yuxudan da enerji ilə oyanır. Bu isə o demək ki, onun günü də əla keçəcək”.

Rus gözəllərini yasa batıran yaraşıqlı aparıcı

Urqant və onun həyat yoldaşı Natalya Kiknadze Rusiya şou-biznesinin ən əsrarəngiz və nümunəvi cütlüklərindən biridir. İvan xanımı ilə münasibəti barədə heç vaxt əhatəli müsahibə verməyib, ümumiyyətlə, şəxsi həyatını yad gözlərdən həmişə gizlətməyə çalışıb, bu işdə onun əsl xilaskarı yumor hissidir. O, şəxsi həyatı haqqında verilən sualları zarafata salaraq onlardan ustalıqla yayınır. Natalya özü də mətbuat və tədbirlərdən uzaq durmağa üstünlük verir. Amma onların məhəbbət tarixçəsi xüsusi diqqətə layiqdir. Axı İvanla Natalya məktəb vaxtından tanış olub. Bununla belə bir-birinə aid olduqlarını çox gec anlayıblar.

Иван Ургант и Наталья Кикнадзе были одноклассниками

Natalya Kiknadze və İvan Urqant Peterburqda Rus muzeyi nəzdindəki gimnaziyada bir sinifdə oxuyub. İvan gələcək ömür-gün yoldaşına məktəb illərindən aşiq olub, hətta buraxılış gecəsində cəsarət edərək Nataşaya öz hisslərindən danışıb. Onda qız Urqantın sözlərini ciddi qəbul etmyib və sonra onların yolları ayrılıb.

Məktəbi bitirdikdən sonra İvan Urqant ilk dəfə 18 yaşında olarkən valideynlərinin etirazlarına baxmayaraq, özündən dörd yaş böyük olan Sankt-Peterburq dövlət mədəniyyət institutunun tələbəsi Karine Avdeyeva ilə evlənib. Amma nahaq yerə, erkən nikah cəmi yarım il davam edib. Hər halda İvan ruhdan düşməyib, çünki qızlar tərəfindən heç vaxt diqqət çatışmazlığı heç vaxt hiss etməyib.

Daha sonra onun həyatında yeni mərhələ - Moskvanın fəthi başlanıb. İvanın televiziyada işə başladığı illərdə mətbuatda tez-tez onun çoxsaylı məhəbbət romanları barədə xəbərlər yayılırdı. Aparıcının ən uzun müddətli münasibəti MTV-inin aparıcısı və həmkarı Tatyana Gevorkyanla olub. İvan Urqant uzun müddət teleaparıcı Tatyana Gevorkyan ilə birlikdə yaşayıb. Cütlük beş il vətəndaş nikahında yaşadıqdan sonra ayrılıb.

Иван Ургант и Таня Геворкян

Tatyananın sözlərinə görə, İvan ona dəfələrlə münasibətlərini rəsmiləşdirməyi təklif edib, o isə "kişi mövqeyi" tutub və evlənməkdən qorxub. Qızın nə qədər haqlı olduğunu bilməsək də, qeyd etmək yerinə düşək ki, o, çox gec - 39 yaşında ərə gedib. Onda Urqant artıq evli və iki uşaq atası idi.

İvan 2 uğursuz münasibətdən sonra – 2007-ci ildə “Sport” telekanalının baş direktoru Vasili Kiknadzenin bacısı qızı Nataliya Kiknadzeylə qarşılaşır. Natalya Kiknadzenin şəxsi həyatı haqqında çox az şey məlumdur. O, gürcü biznesmen Vaxtanq Kutalia ilə evli olub. Bu nikah və boşanma çox ziddiyyətlidir, bəziləri deyir ki, Natalya iki uşağını da alaraq iş adamından özü ayrılıb, digər mənbələr bildirirlər ki, evliliyinin bitməsinin təşəbbüskarı Kutalia olub, üçüncülərsə Natalya Kiknadzeni dul adlandırırlar.

Artıq iki uşaqlı anası olan keçmiş sinf yoldaşının həyatında nə baş verməsinə baxmayaraq, bütün bunlar İvanı utanmırdı. O, qərara gəlir ki, gürcü gözəllə evlənsin. Deyilənə görə, Urqant Kiknadze ilə yenidən öz dostlarından birinin Peterburqda təşkil etdiyi bayramda görüşüb.

İvan və Natalya münasibətlərini elə səylə gizlədirdilər ki, hətta nənə və baba teleaparıcı nəvəsinin toyu barədə qəzetlərdən öyrənib. İvanın evlilik xəbərləri təkcə toya dəvət olunmayan nənə ilə babanı deyil, həm də yaraşıqlı aparıcının pərəstişkar ordusunu məyus etmişdi. Hətta qəzətlərin manşetlərini “Rus qızları yasa salan xəbər” başlıqları bəzəmişdi.

Əvəzində münasibətlərini gizli saxlamağa üstünlük verən aparıcı xoşbəxt ata və həyat yoldaşıdır. Ailə sahibi olması pərəstişkarlarını itirməsinə səbəb olmur. O hələ də yaraşıqlı, hazırcavab və güclü yumor hissi olan aparıcıdır. Belə keyfiyyətlərə sahib olan çətin ki, sevilmək şanslarını itirsin...

2008-ci ildə Natalya və İvanın qızı Nina, 2015-ci ildə ikinci qızları Valeriya doğulub. Nina İvanın nənəsinin şərəfinə adlandırılıb, Valeriya isə aktyorun anasının adını daşıyır. Nataliyanın birinci nikahından Niko adlı oğlu və Erika adlı qızı da var. Kiknadzenin əvvəlki nikahından olan uşaqları da onlarla birlikdə yaşayır. İvan həyat yoldaşının ilk nikahından olan uşaqlarını doğma övladlarından ayırmır. O, tez-tez 17 yaşlı ögey qızının şəkillərini sosial şəbəkədə paylaşır və onu öz balası kimi sevdiyini gizlətmir.

İvan və Natalyanın münasibətlərinin gizliliyi işi o yerə çatdırdı ki, KİV-də onların ayrılması barədə şayiələr yayılmağa başlamışdı. Günlərin bir günü bu xəbərlər aparıcını elə hiddətləndirmişdi ki, xəbərlərin rəsmən təkzibiylə çıxış etmək qərarına gəldi. İvan öz həyat yoldaşına olan hisslərini açıq-aydın ilk dəfə belə ifadə etmişdi:

“Mətbuatda boşanma xəbərləri çıxıb. Hansısa doktor Boris Hiqira istinadən. Bildirirəm ki, həyatımda ən qiymətli şey – arvadım və ailəmdir”.

İvan başqa müsahibəsində isə “Mən evliyəm. İlk və son dəfə” açıqlamasıyla ayrılıq söz-söhbətlərinə birdəfəlik son nöqtə qoyur.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı