Mənzil alan zaman diqqət yetirilməli olan məqamlar

Maraqlı 18:15 29.01.2018
Mütəxəssislərə görə, normal gəlir səviyyəsinə malik, valideynlər və iki-üç uşaqdan ibarət ailə üçün sahəsi 70-100 kvadratmetr aralığında olan yaşayış sahəsi ideal mənzil hesab edilir. Sahəsi bundan artıq olan mənzil yükdür.
 
Sahəsi 100 kvadratmetrədək olan mənzil alarkən belə aşağıda sadalayacağımız məqamlara diqqət yetirmək lazımdır.
 
 
EYVAN SAHƏSİNƏ VƏ SAYINA FİKİR VERİN
 
1 və ya 2 otaqlı mənzildə eyvan sayına və sahəsinə fikir vermək lazımdır. Yuyulan paltarların qurudulması üçün kiçik bir eyvanın olması kifayətdir. Ümumi sahəsi 65 kvadratmetrədək olan mənzilin 2, sahəsi 100 kvadratmetr ətrafında olan mənzilin isə 3-4 eyvanının olması itkidir. Bəzi layihələrə nəzər saldıqda məlum olur ki, bu eyvanların cəmi sahəsi 6-8 kvadrat metrədək çıxa bilir. Onsuz da sahəsi az olan mənzilin xeyli hissəsinin istifadəsiz olması yolverilməzdir. Buna görə, 1 və ya 2 otaqlı mənzildə sahəsi 3 kvadratmetrədək 1 eyvanın olması kifayətdir.
 
Almaq istədiyiniz mənzildə 1 eyvan olsa belə, onun böyüklüyünə baxın.
 
Məsələn, hazırda Bakıda pilot layihələrdən birində satılan 71 kvadratmetr mənzilin təxminən 10 kvadratmetri eyvandır. Həmin layihədə təmirli mənzilin 1 kvadratmetrinin qiyməti 1350 manatdır. Bu qiymətlə hesabladıqda həmin 10 kvadratmetrlik eyvan üçün 13500 manat ödənilməlidir. Alıcı bu məbləği ödəyəcək, amma böyük ehtimalla  həmin sahənin böyük hissəsi istifadəsiz qalacaqdır. 71 kvadratmetr sahəyə malik mənzilidə 3 kvadratmetrədək eyvan kifayət edir. Yuxarıda qeyd edilən mənzili alan şəxs eyvanın 7 kvadratmetr daha böyük olmasına görə 9450 manat itirəcəkdir. Bu da o deməkdir ki, istifadə edilməyən eyvan sahəsinə görə mənzilin 1 kv metri müştəriyə 150 manatadək baha gəlir.
 
DƏHLİZİN SAHƏSİNƏ DƏ DİQQƏT YETİRİN
 
Alacağınız mənzilin dəhlizinin sahəsinə də diqqət yetirin. Effektiv mənzil planlaması olan layihələrdə, 6-7 kv. metr dəhliz orta ölçülü 2 otaqlı mənzil üçün kifayət edir. Effektiv mənzil planlanması olmayan əksər tikinti şirkətləri 2 otaqlı 71 kv. metrlik mənzilin dəhliz sahəsini 15 kv. metrdən daha artıq edir ki, bu da öz növbəsində mənzil sahibinə mənzilin 1 kv metrinin təxminən 200 manatadək baha gəlməsi deməkdir. İkiotaqlı mənzil alarkən elə layihələrdən mənzil almaq lazımdır ki, salon, yataq otağı və mətbəxt normal sahələrdə olsun, ümumi sahə dəhliz və balkona görə böyük olmasın.
 
BU ŞİRKƏT ALICILARI DÜŞÜNÜR
 
Bu yaxınlarda "Kristal Abşeron" şirkətinin tikdiyi yaşayış binalarına media-tur təşkil edilmişdi. Jurnalistlərə bildirildi ki, mənzillər effektiv şəkildə layihələndirilib, eyvan və dəhlizlər normal sahələrə malikdirlər. Məsələn, şirkətin "Qara Qarayev" layihəsinin 2 otaqlı mənzilində mətbəxtdən yolu olan eyvan nəzərdə tutulub. Həmin eyvan lazımsız yerə böyük deyildi. Qonaq otağının eyvanı isə çox kiçik, fransız üslubundadır. Fransız eyvanlar stul və stol qoyulmayan eyvandır, əsasən hava almaq məqsədilə istifadə edilir.
 
KİÇİK MƏNZİLDƏ BÖYÜK DƏHLİZ DAHA BÖYÜK İTKİDİR
 
Dəhliz (hol) mənzilin giriş hissəsidir, insan gününü bu hissədə keçirmir. Ümumi sahəsi az olan mənzillərdə (44-64 kv.m civarında) dəhlizin böyük olması salon və mətbəxin daralacağı deməkdir. Sahəsi az olan mənzil alan zaman dəhlizin kiçik olmasına və ya kiçildilməsi imkanının olub-olmadığına baxın.
 
Əksər tikinti şirkətləri alıcılara mənzilin daxilində dəyişikliklər etmək imkanı yaradırlar. Bu imkanı yaradan şirkətlərdən mənzil almağı tövsiyə edirik. Eyni zamanda, mənzilin layihəsi dəyişikliklər aparmağa da imkan verməlidir. Elə layihələr var ki, nə qədər etsəniz effektiv mənzil planlaşdıra bilməyəcəksiniz.
 
"Kristal Abşeron" şirkətinin  tikdiyi yaşayış komplekslərinə jurnalistlərin media-turu zamanı şirkət nümayəndəsi Anar Qurbanov bildirmişdi ki, sahibi mənzilin layihəsində dəyişiklik istəyirsə, istəyə uyğun dəyişiklik aparılır.
 
AŞAĞI QİYMƏT TƏKLİF EDİLDİKDƏ ON DƏFƏ DÜŞÜNÜN
 
Bir sıra tikinti şirkətləri mənzilləri bazar qiymətlərindən aşağı təklif edirlər. Araşdırmalar göstərir ki, bu "ucuzluq" həm keyfiyyətin aşağı olması, həm də bir sıra çatışmazlıqlar ilə bağlıdır. Məsələn, binanın fasadı sadəcə suvanaraq rənglənir. Belə olan halda isə sakinlər yaşadıqları zamanı qışda mənzillərin isidilməsinə, yayda isə soyudulmasına daha çox pul xərcləyirlər. Elə şirkətlər də var ki, izolyasiyaya önəm verirlər. Məsələn, "Kristal Abşeron" şirkəti inşa etdiyi binaları daş yun ilə üzləyir. Daş yun istini içəridən çölə, soyuğu da içəriyə buraxmır. Bu da imkan verir ki, mənzildaxili tepmeratur tənzimlənsin və enerji xərclərinə 30%dək daha az pul xərcləməsin.
 
Təcrübə göstərir ki, mənzilləri daha ucuz qiymətlər ilə satılmış binalara daha gec təbii qaz verilir. Sonradan sakinlər rəsmiləşdirməyə xeyli pul ödəməli olurlar.
 
"MEBELİNİZİ GƏTİRİB YAŞAYIN
 
"Mənzili təmirsiz, yoxsa təmirli almaq sərfəlidir?  sualı çoxlarını düşündürür. Əgər təmirsiz aldığınız mənzili təmir şirkətinə və ya hansısa fərdi ustalara təmir etdirəcəksinizsə, ehtimal ki, "təmirli mənzil alsaydım bundan sərfəli olardı" deyəcəksiniz. "Kristal Abşeron" şirkəti bununla əlaqədar olaraq bildirir: "Biz mənzilləri müştərinin seçdiyi dizayna uyğun, tam təmirli, yüksək keyfiyyətdə, daha münasib qiymətlərə təklif edirik. Çünki bütün materialları xaricdən topdan aldığımıza görə təmir bizə daha ucuz başa gəlir. Bundan başqa, təmir zamanı müştəri bir neçə ayını itirəcək (bu vaxt ərzində müştəri kirayəyə əlavə pul xərcləyəcək) əsəb, stress halları yaşayacaqdır.  Həmçinin təklif etdiyimiz təmirdən daha keyfiyyətsiz təmir alacağı ehtimalı var.
 
Duş kabinəsi daxil hamam və tualetin bütün aksesuarları quraşdırılır. Müştərinin istədiyi formada alçipan işləri görülür. Buna görə "Kristal Abşeron", mənzilləri "təmirli" deyil, "tam təmirli" təhvil verdiyini bildirir".
 
Yekunda bildirmək istəyirik ki, sadəcə mənzilinizin effektiv planlaşdırılmaması - az istifadə edilən, bəzi hallarda isə ümumiyyətlə istifadə edilməyən dəhliz və balkon sahələrinin lazımsız qədər böyük olması mənziliniz 1 kv. metrinin sizə 400 manatadək baha gəlməsinə səbəb ola bilər. Bu səbəbdən çalışın aldanmayın!
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Hamısı