Əsgərin “Sevgililər günü”ndə nişanlısına yazdığı məktub hər kəsi kövrəldib.
Türkiyə mediası Şırnakda PKK terror qrupluşmasına qarşı mübarizə aparan türk əsgərlərindən birinin “Sevgililər günü”ndə nişanlısına yazmış olduğu məktubu ortaya çıxarıb. Çavuş Hakan Ulduz yazmış olduğu məktubda bu sözlərə yer verib:
"Sevdiyim, nişanlım. Bu sətirləri sənə vətən torpağını qoruyarkən yazıram. Bu hiss heç bir şeyə bənzəmir. Allah hər kəsə nəsib etmir. Bunun üçün xoşbəxtəm. Bilirəm, sən də fəxr edirsən. Mənə görə narahat qalmayın. Burada yerim rahatdır. Bəzən ağlıma ailəm və sən gəlirsən. Həsrətim böyükdür. Bir gün o da bitər. Təki vətənimiz birliyini qorusun, bayrağımız dalğalansın. Sabah (bu gün) sevgililər günü. Yanında olmasam da, bil ki vətən eşqilə alovlanan bir əsgərin sevgilisisən.Vətən eşqi heç bir şeyə bənzəməz, qəlbim bu vətən və sizlər üçün atır. Dualarınızı əskik etməyin".