Türkiyənin “Sivasspor” klubunda forma geyinən braziliyalı məşhur futbolçu Robinyo, məharətini musiqi alətində də göstərib.
34 yaşlı futbolçu dostları ilə bir restoranda əylənərkən, Flamenqo musiqilərində istifadə edilən kaxon alətində mahnı ifa edib.
Musiqiyə marağı olan futbolçu fürsət tapdıqca öz sevimli aləti ilə əylənməyə üstünlük verir.
Qeyd edək ki, Robinyo karyerası ərzində “Real Madrid”, “Milan” və “Mançester Siti” kimi klubların da formasını geyinib. (qafqazinfo)