Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur?

Maraqlı 17:43 11.12.2018

Yüksək səviyyəli şəxslər arasında telefon danışıqları bəzi zəruri prosedurlarla baş tutur və bu cür danışıqlar üzbəüz görüşlər kimi diqqətlə hazırlanır. 

“Telefon vasitəsilə danışıq istəyi diplomatik kanallar – XİN və ya səfirliklər vasitəsilə təklif edilir”, - keçmiş SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsinin dövründə 10 il müddətinə Kremlin protokol xidmətinə rəhbərlik edən Vladimir Şevçenko bildirib.  

Bu təklif səslənərkən, danışıqların vaxtı və mövzusu da göstərilir. Sualların nümunə forması da göstərilə bilər, ancaq diplomatik etika bunu tələb etmir. 

Onun sözlərinə görə, son illər diplomatik etika ilə bağlı bir sıra dəyişikliklər olub. 

“Abonentə zəng çatmır”

Danışıqların təkcə mövzusu deyil, vaxtı da razılaşdırılır. Əgər göstərilən vaxt digər tərəfi qane etmirsə, öz variantını səsləndirir və bunun səbəbini göstərir. Ancaq bu, çox vaxt zəngin vaxtını dəyişmək və ya ümumiyyətlə, danışıqdan imtina etmək məqsədi daşıyır. 

Qısası, bunun üçün səbəb də göstərilməyə, sadəcə, danışıqların baş tuta bilməyəcəyi deyilə bilər. Şevçenko bildirib ki, danışıqda heç bir mənanın olmadığı və ya zərərli olması səbəbindən telefon danışığından imtina edilə bilər. Vladimir Putin Pyotr Poroşenkoilə danışıqdan imtinanı onun seçki kampaniyasına qatılmaq istəməməsi ilə əsaslandırıb. 

Image result for Putin və poroşenko telefon

Xətdəki insanlar

Dövlət başçıları telefon danışığında tək iştirak etmirlər. Hətta liderlər bir-birinin dillərini asanlıqla başa düşsələr də, hər iki tərəfdən tərcüməçilər iştirak edir.

“Bu gün Angela Merkel rus dilini mükəmməl bilir və danışır.Vladimir Putin də ingilis və alman dillərində sərbəst danışa bilir. Ancaq danışıqlar zamanı bəzi ikimənalı sözlərin, uğursuz ifadələrin xoşagəlməz nəticələrə səbəb olmaması üçün tərcüməçilərin iştirakı vacibdir”, - Şevçenko əlavə edib. 

Президент РФ Владимир Путин и канцлер ФРГ Ангела Меркель на Парижском форуме мира. 11 ноября 2018

Buna görə də tərcüməçilərin telefon danışığındakı rolunu qiymətləndirmək çox çətindir. 

Misal üçün, Brejnev o zaman telefon danışığından öncə hazırlanmış mətni oxuyurdu, bu mətnin surəti tərcüməçidə də olurdu. Bu da Brejnevlə işləməyi asanlaşdırırdı. 

Image result for brejnev

Əgər Rusiya prezidenti Kreml və ya iqamətgahından danışığı aparırsa, tərcüməçi XİN-də ona verilmiş iş otağında əyləşə bilər. Telefon danışığında texniki mütəxəssis, təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edə bilər. 

Xüsusi müdafiə ilə təchiz edilmiş telefon əlaqələri

Dövlət və hökumət başçılarının istifadə etdiyi müasir telefon əlaqələri xüsusi müdafiə ilə təchiz edilib, onları nə dinləmək, nə də müdaxilə etmək mümkündür. Bu telefonlardan çıxan siqnallar şifrələnir və yalnız qarşı tərəfin telefon xəttində şifrlər açılır. Əgər xəttə müdaxilə cəhdi olsa, telefon danışığı yarımçıq dayandırılır. 

Горячая линия Вашингтон — Москва

Buna görə də telefonun digər başında kimin olduğunu dəqiqləşdirmək vacib deyil. Ancaq abonentin səsi vasitəsilə tanınma sistemi mövcuddur və bundan istifadə edilir. 

Telefon xuliqanları

Xüsusi mühafizə sisteminə və səstanıma funksiyasına baxmayaraq, bu sahədə də xuliqanlıq edənlər tapılıb. 

2005-ci ildə İspaniyanın radiostansiyalarından birindən Boliviyada keçirilən seçkilərdə qalib gəlmiş Evo Moralesə zəng edilib. Pranker özünü İspaniya baş naziri Xose Luis Rodriqes kimi təqdim edib və ona təbriklərini çatdırıb. 

2008-ci ildə kanadalı şoumen ABŞ-da Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Sara Peylinə zəng edib və özünü Fransa prezidenti Nikola Sarkozi kimi təqdim edib. Onlar Respublikaçıların seçkiqabağı proqramını və Sarkozinin arvadı Karla Brunini müzakirə ediblər. 

Rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Leksus(Aleksey Stolyarov) Putinin adından Elton Con, Rəcəb Tayyib Ərdoğan, Pyotr Poroşenko, Aleksandr Lukaşenko ilə telefon əlaqəsi saxlayıb. 

Пранкеры Владимир Кузнецов (Вован) и Алексей Столяров (Лексус)

Ən maraqlı hadisə isə 2008-ci ildə Britaniya kraliçası II Yelizavetanın başına gəlib. Kraliçanın nəvələri Uilyam və Harrinənələrinin avtocavablayıcısına səs yazısı yerləşdiriblər:

“Salam, bu, Lizdir, mən indi evdə deyiləm. Filipp (kraliçanın həyat yoldaşı) ilə əlaqə yaratmaq üçün “bir”, Çarlz (kraliçanın böyük oğlu) ilə əlaqə üçün “iki”, Korqi (kraliçanın sevimli iti) ilə əlaqə saxlamaq üçün “üç” düyməsini basın”. 

Image result for Елизавета II стала жертвой дурачества своих внуков

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Neyron şəbəkələr KİV-lərin trafikinin azalmasına səbəb olur
05:02 05.07.2025
Neandertallar niyə "yağ fabriki" qurmuşdular?
04:27 05.07.2025
Keti Perri və Orlando Blum rəsmi olaraq ayrıldı
03:55 05.07.2025
Partey Cinsi təcavüzdə ittiham olunur
03:24 05.07.2025
Almaniyada könüllü hərbi xidmət tətbiq ediləcək
02:51 05.07.2025
400-dən çox delfin özünü sahilə atıb
02:10 05.07.2025
Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər
01:48 05.07.2025
2 milyard dollarlıq "Bitcoin" oğrulandı
01:17 05.07.2025
Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Ermənistan Rusiyaya nota verdi
19:28 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
Hamısı