Los-Ancelesdə təbii xəzdən geyim istehsalı və satışı qadağan olunacaq | Eurasia Diary - ednews.net

21 İyul,


Los-Ancelesdə təbii xəzdən geyim istehsalı və satışı qadağan olunacaq

Maraqlı A- A A+

2021-ci ildən başlayaraq Kaliforniyanın Los-Anceles şəhərində təbii xəzdən bütün növ paltar və aksessuar istehsal etmək və satmaq qadağan olunacaq.

Eurasia Diary TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar şəhər şurası tərəfindən qəbul edilib. Beləliklə, Los-Anceles ABŞ-ın heyvan xəzlərinin moda sənayesində istifadəsindən imtina edəcək ən iri şəhəri olacaq.

“Mən heyvanların mənasız yerə öldürülməsinin qarşısını almaq yolunda şəhərimizin atdığı addıma görə qürur hissi keçirirəm” – deyə şəhər şurasının üzvü Bob Blamenfild bildirib.

2014-cü ildə dünya üzrə xəz məmulatlarının pərakəndə satış bazarı 35,8 milyard dollar təşkil edib. Bununla yanaşı, bir sıra iri istehsalçılar yalnız təbii xəz və dəridən paltar, yaxud ayaqqabı istehsalı sahəsində ixtisaslaşıb. Bəzi məşhur dizaynerlər artıq öz kolleksiyalarında təbii xəzdən istifadə etməyəcəklərini elan ediblər. Onların arasında “Versace”, “Gucci”, “Michael Kors”, “Ralph Lauren”, “Tommy Hilfiger” və digər brendlər var. “Coach” kompaniyası isə 2019-cu ilin payız kolleksiyasından başlayaraq məhsul istehsalında yalnız süni xəzdən istifadə olunacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...