Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Maraqlı 22:40 05.04.2019

Rənglərin beynimizə və düşüncəmizə təsir etdiyini hamımız bilirik. Buna görə də müxtəlif firmalar öz məhsullarında müştəri üzərindəki təsiri artırmaq üçün müxtəlif rənglərdən istifadə edir. Bəs rənglərin bu xüsusiyyəti filmlərdə necə istifadə olunur?

Eurasia Diary axşam.az-a istinadən filmlərdə istifadə edilən müxtəlif rəng çalarlarının psixologiyamıza necə təsir etməsi barədə yazını təqdim edir:

Qırmızı

Qırmızı isti, alov, qan, şəhvət, eşq, səmimiyyət, güc, həyəcan və aqressivliyin simvoludur. Qan təzyiqini və həzmi sürətləndirir. İnsanları daha tez qərar verməyə və gözləntiləri yüksəltməyə təşviq edir.

Qırmızı diqqətçəkən rəngdir. Qırmızı rəngdə olan bütün işarələr və sözlər insanların diqqətini tez çəkir. Qırmızı həssaslığı artıran və coşdurandır. Qırmızı paltarlar insanı enerjili ab-havaya bürüyür. Özünü idarə etməkdə çətinlik çəkən insanlar qırmızı rəngdən qaçmalıdır.

Qorxulu filmlərdə ən çox istifadə edilən rəng də qırmızıdır. Çünki vəhşiliyi, qanı, ölümü təmsil edir. Qırmızının belə əks təsirləri olsa da, ümumi olaraq enerjili olduğuna görə, eşqin və sevginin də rəngidir. Eşq və nifrət hissini bir-birinə əks şəkildə özündə birləşdirir. Qırmızı sərhədsizdir, sərhədsizliyə qaçmaqdır.

Narıncı

Narıncı rəng həyəcan və xoşbəxtlik verən, dinamik, diqqətçəkən, radikal və insanın əhvalını yüksəldən rəngdir. Qırmızıdan sonra ən qaynar rəng olan narıncı göstərişin, dəbdəbənin rəngidir, ancaq qırmızı qədər insanları narahat etmir. Narıncı rəng maddələr mübadiləsini sürətləndirir. Canlılıq, cəsarət və güvən verir. Zehnin daha yaxşı işləməsini təmin edir.

Canlı və qaynar rəng olduğuna görə, coşqu və sevinc kimi hisslər yaşadır. Amma narıncı gözə tez dəyən rəngdir, onun fərqinə tez varırıq.

Narıncı rəng depressiv və daha gərgin vəziyyətlərdə insanları əsəbiləşdirir. Komediya filmlərində onu və çalarlarını çox görsək də, gərgin janrda olan filmlərdə də çox istifadə edilir. İnsana təsiri çalarlarına görə dəyişir.

Sarı

Gənclik, sevinc və həyəcan... Sarı bu qavramları ən yaxşı ifadə edən rəngdir. İnsanın ruhi vəziyyətinə yaxşı təsir göstərir və çox diqqət çəkir. Əsasən, nəşə və sevinc verən bir rəng olsa da, çalarlarına görə təsiri dəyişir. Məsələn, qızılı çalarları "qüsursuz olmağı" ifadə edir.

Hər rəng kimi, onun da xoş olmayan bir tərəfi var - eyni zamanda "xəyanət" duyğusu da sarı rənglə simvolizə edilir. Qorxaqlıq, güvənsizlik, psixi pozğunluq kimi hisslərin də rəngi olduğuna görə, sarı gərgin janrda filmlərdə qarşımıza tez-tez çıxır.

Sarı rəngi seçənlərin şəxsiyyət analizlərində həmin adamların azad olmağı sevdikləri ortaya çıxıb. Dəyişkənliyi sevirlər. Şorgöz və ilk dəqiqədən aşiq olan tiplərdəndirlər. Hər günü son gün imiş kimi yaşamağı çox sevirlər. Çevrələrinə enerji saçırlar.

Həyatlarında hər hansı tərsliklə qarşılaşanda başqa ritmlə hərəkət etməyə başlayırlar. Bu adamların başqalarını razı salma qabiliyyətləri də yüksək səviyyədədir. İntelektual olmaq, idarəçilik və iddia sarı rəngin əsas müddəalarına daxildir.

Yaşıl

Yaşıl hər kəsin bildiyi kimi, təbiətin, həyatın rəngidir və demək olar ki, hər çalarının insan üzərində yaxşı təsiri var. Ruhu sakitləşdirir. Bununla bağlı olaraq, həyatı, gəncliyi, yenilənməyi, ümidləri və dincliyi simvolizə edir. Yaşıl gözlər üçün ən rahat rəngdir və görmə gücünü artırır. Sakitləşdirir və sinir sisteminə yaxşı təsir edir.

Yaşıl xəstəxanalarda da istifadə edilən rəngdir. Xəstələrin sakitləşməsini təmin edir. Yaşıl həm də neqativ olaraq təhlükə və qısqanclıq mənasına gəlir. Hər zaman olmasa da, bəzən yaradıcılığı artırır.

Yaşıl Amerika mədəniyyətində pulu simvolizə edir. Filmlərdə yaşıl rəngə, əsasən, bu mənada rast gəlirik.

Yaşıl rəngi seçənlərin özlərinə dəyər vermə hissi yüksək səviyyədədir. Düzgün bildikləri bir şeydə inad edərək sonadək getməyi sevirlər. Fikirlərindən yayınmırlar. İnandırıcılıqları ilə başqalarına təsir etməyi bacarırlar. Bəzən hədlərini aşaraq, meqaloman, özündənrazı hərəkətlər edirlər.

Mavi

Mavi də xüsusiyyətlərinə görə yaşıla bənzəyir. Sakitliyi və ağılı təmsil edir. Azadlıq mənasını daşımaqla bərabər, okean və göy üzünün sıx göstərildiyi təbiət mövzulu filmlərdə tez-tez istifadə olunur. Mənəvi olaraq, bağlılıq, sədaqət, ciddiyət və melanxolik olmaq mənasını verir. Çalarlarına görə dəyişsə də, mavinin sosiallığı artıran bir rəng olduğu inkaredilməzdir.

Bənövşəyi

Bənövşəyi rənglər arasında ən sirli və mistik olanıdır. Təbiətdən asılı olmayan gücləri təmsil etməklə bərabər, kübarlıq, qüdrət, fantaziya, eqoizm və hüzün mənasını verir. Bənövşəyi kral ailəsinin rəngidir. Eyni zamanda, xəstəliyə də işarə verir. Üstəlik, intihar etmə arzusu çox olan insanların ən çox baxdığı rəng bənövşəyidir.

Bənövşəyinin pis bir rəng olduğuna özünüzü inandırmadan öncə mistik mövzuları, yaxşı niyyəti və mənəvi düşüncələri də təmsil etdiyini deyə bilərik. Hətta bənövşəyi ən çox animasiya və cizgi filmlərində istifadə olunur. Xüsusilə, başqalarından üstün olmaq istəyən obrazların üstündə az da olsa, bənövşəyi rəngdən ibarət bir əşya olur.

Çəhrayı

Çəhrayı şirinliyin, saflığın və uyğunluğun rəngidir. Xoşbəxtlik verən hadisələrin simvoludur. Davakar və uyğunsuz deyil. Daim gənc qalmaq və düşüncəli olmağı təmsil edir. Bəzən qırmızı kimi, sevgini də simvolizə edir. Romantik və zərif rəngdir. Eyni zamanda, sakitləşdirici təsirə malikdir. Ürəkyumşaldıcı tərəfi də var.

Həbsxanaların birində qapı və pəncərələri çəhrayıya boyayan məhbusların aqressiv hərəkətlərinin azaldığını görüblər. Çəhrayı enerjini çəkən sakitləşdirici bir ab-havaya malikdir. Lakin bəzən onun sakitləşdirici ab-havası çox qısa çəkir.

Çəhrayını sevənlər həssas, əyləncəli, məsuliyyətlərinin fərqində olan və bir az ürkək insanlardır. Ancaq ürkək olduqlarını çox hiss etdirmirlər. Çəhrayı rəng ən çox animasiya və cizgi filmlərində istifadə olunur.

Hər nə qədər bəzi ölkələrdə fərqli olsa da, çəhrayı qadınlara məxsus bir rəngdir. Xüsusilə, filmlərdə femen obrazların geyimləri başdan ayağa çəhrayı rəngdə olur. 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Hamısı