Minlərlə yəhudini ölümdən xilas edən azərbaycanlı

Maraqlı 12:14 03.05.2019

“Israel heute” (İsrail bu gün) internet nəşrində “Yəhudiləri Holokostdan xilas edən müsəlman” adlı məqalə dərc olunub.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə İranın Parisdəki səfirliyində çalışmış Abdul-Huseyn Sərdari Qacarın minlərlə İran yəhudisini ölüm düşərgələrindən xilas etməsindən bəhs olunur. Bildirilir ki, Sərdari Qacar İranda təxminən 200 il hakimiyyətdə olmuş Qacarlar sülaləsinə mənsub idi və İkinci Dünya müharibəsində Parisdə İran səfirliyində konsul vəzifəsində çalışırdı. 1940-cı ildə almanlar Parisə daxil olanda Fransadakı iranlı yəhudilərin taleyi 26 yaşlı azərbaycanlı diplomata həvalə edilir. Nasistlər və onların fransız əlaltıları bu ölkədəki minlərlə yəhudini Polşadakı ölüm düşərgələrinə göndərdikləri zaman Sərdari Qacar başqa addım atır. Həmin dövrdə nasistlər bütün fransız yəhudilərdən polisdə qeydiyyatdan keçməyi və sarı David ulduzu daşımağı tələb edirdilər. Sərdari Qacar Vişi hökumətinə məktubla müraciət edərək, iranlı yəhudilərin tamamilə İran mədəniyyəti ilə qaynayıb-qarışdıqlarını əsas gətirərək, onları təqibdən xilas edir. Fransada 75 mindən çox yəhudi nasist düşərgələrinə göndərildiyi halda, S.Qacarın sayəsində İran mənşəli yəhudilər siyahıya alınmır, onun İran hökumətinin razılığı olmadan böyük cəsarət göstərərək minlərlə yəhudiyə verdiyi İran pasportu ilə çox sayda insan Fransanı tərk edə bilir.

Məqalədə qeyd edilir ki, Sərdari Qacarın yəhudilər üçün etdikləri yəhudi və Azərbaycan xalqlarının minillərdən bəri dinc birgəyaşayışının ifadəsi idi. Bu addımı ilə o, bəşəri dəyərlər və xalqların ortaq xüsusiyyətlərinin əhəmiyyətinin din və etnik mənsubiyyəti kölgədə buraxdığı dövrləri xatırladır.

Müəllif, həmçinin yazır ki, Sərdari Qacar yəhudilərlə daim harmoniya içərisində yaşayan azərbaycanlılar arasında böyüyüb və insan həyatının müqəddəsliyinə hörmətlə yanaşmaq tərbiyəsi alıb. Ağır bir zəmanədə bu müqəddəs dəyəri qorumağa cəsarət göstərən S.Qacarın bu addımı Holokostla bağlı hamının öyrənməli olduğu bir həyat dərsidir.

Mövzu ilə bağlı oxu:

https://azertag.az/xeber/Israil_saytinda_yehudi_usaqlarini_xilas_eden_azerbaycanli_kesfiyyatchi_barede_meqale_derc_olunub-954927

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı