Misirin Qahirə şəhərinin təxminən 40 kilometr cənubunda yerləşən Dahşur bölgəsindəki Bent piramidası ziyarətə açılıb.
Eramızdan əvvəl 2600-cü illərdə firon Sinefru tərəfindən inşa edilən piramidaya digərlərindən fərqli olaraq maili şəkildə yüksələn quruluşu səbəbilə ingiliscə əyri mənasını verən Bent adı verilib.
Aşağıdan 54 dərəcəlik bucaqla yüksələn piramida yumşaq bir maddədən inşa edildiyi üçün möhkəmliyindən şübhə edilirdi. Amma piramidanın üst hissəsinin 43 dərəcəyə düşürülməsi ilə bu problem aradan qaldırılıb.
Ziyarətçilər piramidanın şimal tərəfindəki qapıdan girərək 79 metrlik dar bir tuneldən piramidanın içində yerləşən 2 otağa daxil ola biləcək.
Bundan başqa arxeoloqlar Dahşur bölgəsi ətrafında keçən il başlayan qazıntılar zamanı tapılan mumiya, maska və müxtəlif alətləri də sərgiləməyə başlayıb.
Turizm Misir iqtisadiyyatının ən əhəmiyyətli gəlir qaynaqları arasında yerləşir. (metbuat.az)