Quru meyvələrin insan səhhətinə hansı təsirləri var? | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Quru meyvələrin insan səhhətinə hansı təsirləri var?

Maraqlı A- A A+

Quru meyvələrin insan səhhətinə çox müsbət təsiri var.

Eurasia Diary bildirir ki, elmi araşdırmalar nəticəsində tərkibi A vitamini ilə zəngin qaysının stress və qan azlığını aradan qaldırdığı, dəridəki problemlərə yaxşı təsir göstərdiyi məlum olub. Gündə 5 ədəd qaysı yemək ürək-damar və sinir sistemi üçün faydalıdır.

Enerji mənbəyi olan kişmiş həm də bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi istifadə olunur.

Vitaminlərlə zəngin alça qurusu xərçəng xəstəliyinə qarşı faydalıdır. Həmçinin yaşlanmanın qarşısını alır, yüksək təzyiq, qaraciyər, revmatizm, ürək-damar və böyrək xəstəliklərinə qarşı çox xeyirlidir.

Əncir qurusu tərkibində yağ və xolesterol olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir. Boğaz ağrıları zamanı da faydalı təsir göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...