Birləşmiş Ərəb Əmirliklərində 1 sentyabr 2019-cu il tarixi - Hicri-Qəməri müsəlman təqviminə görə Məhərrəm ayının 1-i müsəlmanlar üçün Yeni il bayramı elan edilib.
Eurasia Diary-nin xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, bununla əlaqədar ölkədə 1 sentyabr -dövlət və özəl sektor işçiləri üçün istirahət günü olacaq.
BƏƏ-nin Kosmos və Astronomiya Mərkəzindən verilən məlumata görə, Hicri-Qəməri təqvimi ilə müsəlman ilinin ilk ayı olan Məhərrəm ayı son hesablamalara əsasən 1 sentyabr -bazar gününə düşəcəkdir. Yekun rəy Ayı Müşahidə
Komitəsi tərəfindən təsdiqlənəcək. Bu minvalla Yeni il bayram münasibətilə BƏƏ-nin bütün işləyən sakinləri əlavə istirahət günü qazanacaq.(moderator.az)