Azərbaycanlı pencəyi ilə 2 min nəfəri necə xilas etdi? TARİXİ HADİSƏ

Maraqlı 22:26 04.09.2019

Bir neçə gün əvvəl güneyli rejissor Məhəmməd Əlimuradinin Qaradağ meşələrində baş verən yanğını söndürməyə çalışan azərbaycanlı gənci "Fədakar əkinçi" kimi tanınan Əzbər Əli Xacəviyə bənzətməsi diqqət çəkib. Əzbər Əli Xacəvinin kim olması, hansı qəhrəmanlığı ilə yadda qalması maraq doğurub.

Eurasia Diary "kult.az"a istinadla Əzbər Əli Xacəvi ilə bağlı yazını təqdim edir:

Ə.Ə.Xacəvi 1951-ci ildə Güney Azərbaycanın Miyanə şəhərinin Qalacıq kəndində anadan olub. İran tarixinə "Fədakar əkinçi" kimi düşən bu şəxsin qəhrəmanlığından hələ də danışılır.

Xacəvi 32 yaşı olarkən dəmiryolu xəttinin kənarında olduğu zaman dağın uçması nəticəsində yolun bağlandığını görüb. Həmin an qarşıdan qatarın gəldiyini görən Xacəvi maşinisti vəziyyətdən xəbər etmək üçün çıxış yolu axtarıb.

Özü bu tarixini hadisəni belə nəql edib:

"Düşündüm ki, bu qatarı necə saxlaya bilərəm? Əlimi atdım ciblərimə, kibrit tapdım. Əslində, mən siqaret çəkmirəm, amma gördüm ki, Allahın lütfündən cibimdə kibrit var. Dərhal pencəyimi çıxarıb yandırdım və ağac keçirib qaldırdım. Sonra tüfəngimi götürüb atəş açdım, qatar dayandı".

Lakin qatardan çıxan məmurlar hücum edib Xacəvini döyürlər. O, vəziyyəti həmin şəxslərə izah edir, lakin ona inanmırlar. Bir qədər irəli getdikdən sonra dəmiryoluna tökülmüş daş və qaya parçalarını görüb dəhşətə gəlirlər.

Sərnişinlər deyirlər ki, əgər qatar o sürətlə qaya parçaları və daşlarla toqquşsaydı, içəridəki 2 min nəfərin hamısı həlak ola bilərdi. Sərnişinlər və məmurlar bunu gördükdən sonra Ə.Ə.Xacəviyə təşəkkür edib, üzr istəyirlər.

Hadisədən sonra Ə.Ə.Xacəvi "Fədakar əkinçi" kimi məşhurlaşır, bütün ölkə ondan danışır. İran Təhsil Nazirliyi onun adını dərsliyə salsa da, böyük bir dəyişikliyə yol verib və adını Rizəli Xacəvi kimi qeyd edib. Halbuki "Fədakar əkinçi"nin əsl adı Əzbər Əli Xacəvidir və sənəddə də belə qeyd olunub.

İllər sonra isə İran hökuməti Xacəviyə və ölkənin azərbaycanlı əhalisinə daha bir zərbə vurub: onun adı dərslikdən çıxarılıb. Güneyli fəallar bu addımın İran rəsmilərinin azərbaycanlılara olan münasibətinin bir nümunəsi olduğunu bildirirlər.

Tarixin ən dəhşətli qatar qəzalarından birinin qarşısını alan Əzbər Əli Xacəvi təəssüf ki, ömrünün son illərində dərmana möhtac qalıb və 2017-ci ildə Təbrizin İmam Rza xəstəxanasında vəfat edib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı