Snayper metroda girov qadını belə xilas etdi - VİDEO | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Snayper metroda girov qadını belə xilas etdi - VİDEO

Maraqlı A- A A+

Çinin Nanninq şəhərində metro stansiyasında bıçaqlı şəxs bir qadını girov götürüb.

Eurasia Diary xəbər verir ki, hadisə yerinə gələn polislər 2 saat silahlı şəxslə danışıqlar aparsa da, onu fikrindən daşındıra bilməyiblər.

Buna görə hadisə yerinə snayper çağırılıb. Snayper silahlı şəxsə görünməmək üçün qarşısında dayanan bir polisin arxasında üzü üstə yerə uzanıb və onun ayaqları arasından silahlı şəxsi başından vuraraq zərərsizləşdirib. Bununla da girov qadın xilas edilib.

O bildirib ki, 19 illik polis həyatında ilk dəfə bir cinayətkarı öldürmək məcburiyyətində qalıb.

Zenq Hao adlı həmin snayper və əməliyyatda iştirak edən digər polislər uğurlu əməliyyata görə mükafatlandırılıblar. (baku ws)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...