Bu gün Dünya Təbəssüm Günüdür

Maraqlı 21:45 04.10.2019

Hər il oktyabr ayının ilk cümə günü Dünya Təbəssüm Günü (World Smile Day) qeyd olunur. Bu çox gözəl bayrama görə biz XX əsrin ortalarında ABŞ-da yaşamış rəssam Harvi Bolla borcluyuq. Rəssamın yaradıcılığı bir o qədər də diqqətəlayiq olmayıb. Tənqidçilər onun yaradıcılığından çox vaxt yan keçiblər.

Eurasia Diary "Azərtac"a istinadən bildirir ki, onun tabloları çətin ki, zamanın sınağına davam gətirə bilərdi.

Amma bir gün "State Mutual Life Assurance Company of America" sığorta şirkətinin nümayəndələri şirkətin vizit kartı kimi hər hansı yaddaqalan parlaq bir rəmz düşünüb tapmaq xahişi ilə rəssama müraciət edirlər. Harvi Boll çox düşünmədən hazırda internet istifadəçilərinin bir nəfər kimi "smaylik" adlandırdıqları gülümsəyən sarı sifəti sifarişçilərə təklif edir. Bu hadisə 1963-cü ildə baş verib. İşi qəbul edən sifarişçilər H.Bolla 50 dollar ödəyir və gülümsəyən sifət şəklində döş nişanı hazırlayaraq şirkətin heyətinə paylayırlar. Bu cür vizit kartının qazandığı uğur bütün gözləntiləri kölgədə qoyur. Şirkətin müştəriləri yenilikdən vəcdə gəlirlər. Cəmi bir neçə ay ərzində on mindən çox belə nişan hazırlanır. Gülümsəyən sifət tezliklə futbolka, beysbolka, zərf, açıqca və kibrit qutuları üzərində görünməyə başlayır. Hətta ABŞ-ın poçt idarəsi üzərində bu simvol olan marka buraxır.

Dünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub. Rəssam hesab edirdi ki, bu gün xoş ovqata həsr olunmalıdır. Günün devizi olan "Do an act of kindness. Help one person smile" sözləri təqribən belə tərcümə olunur: "Xeyirxah iş gör. Heç olmazsa, bir təbəssümün yaranmasına kömək et". O vaxtdan könüllülər bu bayramı müxtəlif aksiya və fləşmoblarla qeyd edirlər.

XX əsrin 70-ci illərində gülüşü orqanizmin çox güclü ehtiyat mənbəyi kimi ciddi şəkildə öyrənməyə başlayıblar. Həkimlər hesab edirlər ki, gülüş uzun sürən şadlıq hissi yaradan zərərsiz narkotikdir. Dozası nə qədər çoxdursa, sağlamlıq üçün faydası da bir o qədər çoxdur. Xoş əhval-ruhiyyə bəzən bütün günə kifayət edir.

Gülüş haqqında elmin - helotologiyanın yaranması tarixi də maraqlıdır. Onun banisi, amerikalı jurnalist Norman Kazins "ölümü güldürən" adam kimi məşhurlaşıb. Həkimlər nadir sümük xəstəliyindən əziyyət çəkən N.Kazinsin dərdinə əlac edə bilmirlər. Öləcəyini düşünən Norman son günlərində doyunca gülmək qərarına gəlir, bir guşəyə çəkilərək gününü komediya filmlərinə baxmaqla, lətifələr oxumaqla keçirir, bolluca "C" vitamini qəbul edir.

Nəticə bütün dünyanı heyrətə gətirir. Jurnalist dəhşətli xəstəlikdən sağalır və öz müalicə metodunu "Gülüşün və C vitamininin superdozası" kimi müəyyən edir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Hamısı