Daha bir şəxs "Maşın şounu tərk edib.
Eurasia Diary xəbər verir ki, bu dəfə Nazim Pişyari (Faytonçu Nazim) üçün maşın əldən gedib. Belə ki, müğənni gözlənilmədən əlini maşından çəkib. O, Niyam Salami və Aqşin Fateh arasında baş tutan dialoqdan sonra şounu tərk edib.
Belə ki, Aqşin Fateh duelə rəqib seçəcək olan Niyam Salamiyə "Söz ver ki, məni oyundan çıxarmayacaqsan", deyib. N. Salami isə cavabında söz verməyəcəyini, amma Nazim Pişyarini oyundan kənarlaşdıracağını qeyd edib. Bu sözlərdən sonra meyxanaçı Aqşin Fateh Nazim Pişyariyə "Nazim, əlini maşından çəksən, biləcəm ki, şərəfli oyun oynayırsan", deyib. Bu ifadədən təsirlənən müğənni Nazim əlini maşından çəkib.
Qeyd edək ki, hazırda şou davam edir.(moderator.az)