Bitkiləri hərəkətsiz və müdafiəsiz canlılar hesab edirik. Son araşdırmalar onların çox da müdafiəsiz olmadığını ortaya qoyub.
Eurasia Diary-nin məlumatına görə, AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, bioloqlar bitkilərin zərərvericilərin hücumuna məruz qalanda bir-birlərinə xəbər vermək üçün xəbərdarlıq səsi inkişaf etdirdiyini kəşf ediblər.
Bir böcək yarpaq, çiçək və ya saplağı dişləyəndə bitkinin müdafiə sistemi kəskin qoxulu kimyəvi maddə ifraz edir.
Alimlər bu uçucu qarışımın digər bitkilərin də təhdiddən xəbər tutmaları üçün ifraz olunduğunu aşkara çıxarmağı bacarıblar.
Bitkilər genotipinə görə, fərqli qoxulara sahibdir. Ancaq hücuma məruz qalanda bu qoxular digər bitkilərin tanıya biləcəyi iyə çevrilir.
Bu, Kornel Universitetinin araşdırma komandası tərəfindən bitkilərin bir-birlərilə “danışdığı” ortaq “dil” kimi qiymətləndirilib.