Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO

Maraqlı A- A A+

Saatlıda mağaza sahibinin başına tragikomik hadisə gəlib.

Eurasia Diary rayonun Xanlar kəndində ərzaq mağazası işlədən Rəhman Piriyev kassadan pulun yoxa çıxdığını görüb. O, hər gün səhər mağazaya gələrkən axşam sayıb kassaya qoyduğu pulların əskik olduğunun şahidi olub.

Hadisədən təşvişə düşən Rəhman Piriyev mağazada olan kameraya baxmaq qərarına gəlir. Məlum olur ki, kassadakı pulları siçan aparırmış. Görüntülərdən aydın olur ki, siçan 11 dəqiqə ərzində 324 manat pulu öz yuvasına daşıyıb.

Mağaza sahibi pulları siçanın yuvasından götürüblər. Dediklərinə görə, pulların hec biri zədələnməyıb.

Mövzu ilə bağlı hazırladığı videoreportajı təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...