Moskvada Zelenskinin “əkiz”i tapıldı - FOTO - VİDEO | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Moskvada Zelenskinin “əkiz”i tapıldı - FOTO - VİDEO

Maraqlı A- A A+

Rusiyanın paytaxtı Moskvada Ukrayna prezidenti Vladimir Zelenskinin bənzəri tapılıb.

Eurasia Diary-nin “Mash”a istinadən məlumatına görə, “Ukrayna liderinin əkizi”nin metroda çəkilmiş şəkli hələ avqust ayında sosial şəbəkələrdə yayılmışdı. 

Ümid adlı Özbəkistan sakini hazırda ailəsi ilə birlikdə Moskvada yaşayır.

O, avtomobil rəngsazı işləyir. Yaxınları onu "Dima" deyə çağırırlar.

“Mən əvvəllər Zelenskinin kim olduğunu bilmirdim. Hələ 2016-2017-ci illərdə dostlarım mənə Zelenskiyə bənzədiyimi deyirdilər. Prezident olduqdan sonra onu tanıdım”, - deyə prezidentin “əkiz”i bildirib.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...