İmtahana girmələri üçün özünə bənzəyən 8 adama pul ödədi - MARAQLI | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


İmtahana girmələri üçün özünə bənzəyən 8 adama pul ödədi - MARAQLI

Maraqlı A- A A+
Banqladeşdə yerinə imtahanlara girməsi üçün özünə bənzəyən 8 adama pul ödədiyi iddia olunan siyasətçi universitetdən uzaqlaşdırılıb. 
 
Eurasia Diary xəbər verir ki, Banqladeşin iki böyük siyasi partiyasından biri olan Avami Birliyi mənsubu və parlament üzvü Tamanna Nusrat yerinə ən az 13 imtahana girməsi üçün özünə bənzəyən adamlara pul verməkdə günahlandırılır.
 
Qalmaqallı hadisə özəl bir televiziya kanalı olan "Nagorik TV"nin imtahanın keçirildiyi siniflərdən birinə daxil olaraq Nusrat kimi poza verən qadınlardan birinə meydan oxuması ilə ortaya çıxıb. 
 
Baş verənlərlə bağlı açıqlama verən universitet rektoru M.A. Mannan "Onu universitetdən uzaqlaşdırdıq, çünki bir cinayət törədib. Cinayət, cinayətdir" deyib. (moderator.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...