Qum zərrəsi ölçüsündə ən kiçik kamera hazırlanıb | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Qum zərrəsi ölçüsündə ən kiçik kamera hazırlanıb

Maraqlı A- A A+
Smartfonlara quraşdırılan kameraların ölçüsü hər il kiçilir. Amma çəkiliş üçün olduqca kiçikölçülü tamamilə başqa tip qurğular mövcuddur. "OmniVision" şirkətinin "OmniVision OV6948" kamerası məhz bu tipə aiddir.
 
Eurasia Diary ictnews.az-a istinadən bildirir ki, bu kameranın özəlliyi onun ölçüsüdür. "OV6948" kamerası öz ölçüsünə görə (0,575 x 0,575 x 0,232 mm) qum zərrəsinə oxşayır. Buna baxmayaraq, kamera "RGB Bayer" çipinin köməyi ilə 40 min piksel təsvir ölçüsündə rəngli görüntü çəkə bilir.
 
"OmniVision" şirkətinin yeni kamerası smartfonlarda deyil, cərrahi alətlərdə tətbiq üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...