Azərbaycanlı gənclərdən 20 Yanvarla bağlı təsirli videoçarx - VİDEO | Eurasia Diary - ednews.net

21 Fevral, Cümə


Azərbaycanlı gənclərdən 20 Yanvarla bağlı təsirli videoçarx - VİDEO

Maraqlı A- A A+

Türkiyənin 81 şəhərində və dünyanın bir neçə ölkəsində yaşayan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı videoçarx hazırlayıblar.

Eurasia Diary xəbər verir ki, anım videosu İstanbulda olan Azərbaycan sevdalısı tələbələrin toplaşdığı "Azərbaycan-Türkiyə Kardeşlik və Dayanışma Topluluğu"nun təşəbbüsü ilə hazırlanıb. Videoçarxda Sovet Ordusunun 1990-cı il 20 Yanvar günü Bakıda törətdiyi qətliyam nəticəsində həyatını itirən 147 nəfər Türkiyənin 81 şəhərində və dünyanın
20-dən çox ölkəsində anılıb. Faciə qurbanlarının xatirəsinə həsr olunan videoçarxda azərbaycanlı tələbələrlə yanaşı, İndoneziya, İran, İspaniya, Belarus, Polşa, Hollandiya, İtaliya, İsveç, Kipr, Fransa, ABŞ, Portiqaliya və bir çox ölkələrdən olan xarici tələbələrdə yer alıb.(baku.ws)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...