İngiltərənin Pul şəhərində iki yaşlı zirəng qız uşağı anasını xilas edib.
Eurasia Diary verdiyi xəbərə görə, bu barədə "Daily Mirror" yazır.
Belə ki, balaca Sofiya Mizen 28 yaşlı anası Samantanın halı pisləşdikdə dərhal telefonunun kodunu açmaq üçün anasının barmağını ekrana yaxınlaşdırıb.
Sonra "Facebook" messencerinə daxil olaraq nənəsi Debbi Beykerə görüntülü zəng vurub. Üzüaşağı yerdə uzanan anasını nənəsinə göstərən kimi, Beyker dərhal təcili yardıma zəng edib.
Bundan sonra Sofiya 4 yaşlı qardaşı İtanla həkimləri gözləyib.
Bağırsaq infeksiyasından əziyyət çəkən Samanta təcili olaraq xəstəxanaya yerləşdirilib. Bir müddət müalicədən sonra tamamailə sağalan qadın daha çox İtanın kömək edəcəyini düşünüb. Çünki dəfələrlə ona fövqəladə vəziyyətdə nə etməli olduğunu başa salıb.
"Ağlıma da gətirməzdim ki, Sofiya qardaşına öyrətdiklərimin hamısını yadda saxlayacaq", - deyə Samanta heyrətini gizlətməyib.(big.az)