Azərbaycanın ən yaşlı sakini kimdir? FOTO

Maraqlı 21:11 18.02.2020

Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 104 yaşlı sakini Mirzadə Cabbarova sayılır.

U.Həşimova əlavə edib ki, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişdikdən sonra M.Cabbarova Azərbaycanın ən yaşlı sakini olub.

İnstitutunun direktoru bəzən ən yaşlı insan haqqında onların sənədinə istinadən yayılan məlumatların da elmi əsasının olmadığını söyləyib.

Bir əsrdən çox yaşı olan Mirzadə Cabbarova hazırda Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır. Onun ömür yolu da bu dünya kimi keşməkeşli olub.

Masallı rayonunun Sığdaş kəndində anadan olan Mirzadə nənə rayonun Kolatan kənd sakini Hətəm Cabbarovla ailə həyatı qurub, 4 oğul və 1 qız uşağı dünyaya gətirib. Oğlu Aşur 7 yaşında, qızı isə körpə yaşlarında dünyasını dəyişib.

Mirzadənin kənddə kolxoz sədri işləyən həyat yoldaşı Hətəm Cabbarov evə ikinci arvad gətirdikdən sonra ailədə problemlərin olduğunu görən böyük oğlu Aydın anasını Bakıya, öz yanına aparır.

3 il Bakıda yaşadıqdan sonra Aydın anası ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndinə köçür və tikinti təşkilatında sürücü işləyir.

Həmin vaxtdan Sütəmurdov kəndində yaşayan Mirzadə nənənin böyük oğlu Aydın Cabbarov 2011-ci ildə vəfat edib.

Ağbirçək nənənin digər oğlanları - Alxas Lənkəranın Sütəmurdov, Əlizadə isə Darquba kəndində yaşayır.

Hazırda Mirzadə nənənin 10 nəvəsi, 20 nəticəsi və 5 kötücəsi var.

Mirzadə nənə gəlini Gülzardan razılığını ifadə edərək deyib: “52 ildir onunla bir yerdə yaşayıram. Aramızda heç vaxt söz-söhbət olmayıb, həmişə hörmətimi saxlayıb. Böyük oğlumun ətrini ondan alıram. Nəvə və nəticələrimdən isə ən çox Məhəmmədi çox istəyirəm. Həmişə yanımda olur, məni darıxmağa qoymur. Evdə səsimə birinci səs verən Məhəmməd olur. Mənim ad günümü birinci Məhəmməd təbrik etdi”.

Mirzadə nənənin valideynləri də uzunömürlü olub. Atası Mirabdulla Ağayev 103, anası Mərziyə isə 108 il ömür sürüb.

Mirzadə nənə bu gün də qıvraqdır, səhhətində elə bir ciddi problemlər yoxdur. O, dərmanlarla deyil, türkəçarə ilə müalicə olunduğunu bildirib: “15 yaşından 70 yaşına kimi kolxoz və sovxoz təsərrüfatında çalışmışam. Özüm öz işlərimi görürəm. Yalnız gözlərim zəif görür. Ev işlərində övladlarıma yardım edirəm. Kəndin bütün xeyir-şər məclislərinə gedirəm. Düzgün qidalanıram. Bitki çaylarından, xüsusən də bağayarpağı çayından istifadə edirəm. Ömrüm boyu süd məmulatları ilə qidalanmışam”.

Ağbirçək nənə çox ömürlülüyün sirrini özünəməxsus tərzdə ifadə edərək gənclərə tövsiyələrini də çatdırıb: “Ömür Allahın insana bəxş etdiyi paydır, böyük nemətdir. Gərək bu nemətin qədrini biləsən. Cavanlara tövsiyəm odur ki, çox yaşamaq istəyirlərsə, yeməklərinə fikir versinlər, hər nə gəldi yeməsinlər. Sakit həyat tərzi keçirsinlər, pis işlərdən uzaq olsunlar. Xalqımıza isə firavanlıq, xoşbəxt günlər arzulayıram. Mən seyid qızıyam. Allah dualarımı qəbul eyləyər, inşallah”.

 

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Hamısı