Dünyanın ən iri heyvanının sayı kəskin artıb | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


Dünyanın ən iri heyvanının sayı kəskin artıb

Maraqlı A- A A+

Dünyanın ən böyük heyvanı olan mavi balinanın sayında kəskin artım müşahidə olunub.

Eurasia Diary xəbər verir ki, Atlantik okeanının cənub sularında aparılan müşahidələr nəticəsində bir il ərzində 55 mavi balina qeydə alınıb.

Bir neçə il əvvəl təbiətdə yalnız bir-iki mavi balinanın qaldığı ehtimal edilirdi. Son 50 il ərzində aparılan müşahidələr zamanı yalnız iki balina görünmüşdü.

Qeyd edək ki, mavi balinalar Yer kürəsində mövcud olmuş ən iri heyvan hesab olunur. Onun uzunluğu 33 metrədək, çəkisi 150 tonadək çatır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...