“Walt Disney”in baş direktoru istefa verdi | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


“Walt Disney”in baş direktoru istefa verdi

Maraqlı A- A A+

2005-ci ildən ABŞ-ın “Walt Disney” şirkətinin (Disneylend onundur) baş direktoru (CEO) olan Bob İqor vəzifəsindən istefa verib.

Eurasia Diary  bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

Bununla belə, o, şirkətin Direktorlar Şurasının sədri vəzifəsində qalacaq. 

B.İqorun istefa xəbərinin ardınca beynəlxalq birjalarda şirkətin səhmləri 3% ucuzlaşıb.

Xatırladaq ki, onun dövründə “Walt Disney” “Pixar”, “Marvel”, “Lucasfilm” kimi şirkətləri satın alıb, özünün onlayn platforması olan “Disney+"u istifadəyə verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...