Argentinanın paytaxtında yaşanan dəhşətli mənzərəyə döyüş və ya kimyəvi bir fəlakət deyil, əslində ziyansız görünən bir hadisə səbəb olub.
EDNews xəbər verir ki, Argentinanın Böyük Buenos Ayres bölgəsində yerləşən Moron şəhərində inək qanı ilə dolu bir çən partlayıb. İlkin məlumatlara görə, küçələrə 5000 litr qan axdıqdan sonra təcili yardım xidmətləri gələn iydən qurtulmaq üçün ərazini təmizləmək məcburiyyətində qalıb.
Hadisəyə nəyin səbəb olduğu hələlik məlum deyil.
"Reddit"dəki bəzi şərhlərdə, hadisənin göründüyündən daha təhlükəli olduğuna dair xəbərdarlıq edilərək, qanın vəba xəstəliyinə səbəb ola biləcəyini fikrini irəli sürüblər.