İlk dəfə günəşin ən keyfiyyətli formatda yaxından FOTOsu çəkildi | Eurasia Diary - ednews.net

4 İyun, Cümə axşamı


İlk dəfə günəşin ən keyfiyyətli formatda yaxından FOTOsu çəkildi

Maraqlı A- A A+

Günəşin buvaxtadək ən yüksək keyfiyyətdə olan fotosu çəkilib.

EDNews.net The Sun-a istinadla xəbər verir ki, şəkli NASA-nın Hi-C teleskopundan çəkilib. Fotodan göründüyü kimi günəşin səthində plazma telləri var.

Həmçinin məlum olub ki, günəşin səthi düşünüldüyündən daha qarmaqarışıqdır.

Mərkəzi Lankaşir universiteti ilə NASA-nın "Marshall Space Flight Center"in birgə araşdırması nəticəsində günəşin səthinin qaranlıq yox, uzunluğu yüzlərlə kilometr olan elektrikli qaz telləri ilə dolu olduğu aşkarlanıb.

Hər bir teldəki temperaturun 1.8 milyon faranheyt (999982.°C) olduğu düşünülür. 

Bu barədə məlumat Astrophysical Journal-da dərc edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...