Dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhərindən biri - BAKI | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhərindən biri - BAKI

Maraqlı A- A A+

Rusiyanın RBK informasiya agentliyi dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhər barədə məlumat verib. Materialda Bakı haqqında da informasiya yer alıb.

Hər bir şəhərin simasının onun memarlığı olduğunu qeyd edən agentlik qeyri-adi memarlıqdan zövq alan səyahətçilərə füsunkar siması ilə fərqlənən şəhərlərə diqqət yetirməyi, o cümlədən Azərbaycanın paytaxtı Bakıya da getməyi məsləhət görür.

EDNews.net xəbər verir ki, bu barədə RBK yazır: “Bakı çoxmillətli və çoxmədəniyyətli bir şəhərdir. Burada Şərqlə Qərb sıx vəhdət təşkil edir. Qəribə deyil ki, burada vahid memarlıq konsepsiyası formalaşmayıb. Şəhər ən müxtəlif üslubları, o cümlədən barokko, qotika, klassika və milli arxitektura elementlərini əks etdirən modern üslublarını özündə birləşdirir… Bakının qonaqlarına İçərişəhərdə olmaq, Qız qalasına qalxmaq, Şirvanşahlar Sarayı, Heydər Əliyev Mərkəzini gəzmək, “Alov qüllələri”ni görmək tövsiyə olunur.

 Qeyd edək ki, məqalədə İstanbul, Barselona, Roma, Şanxay, Mərakeş və Oksford şəhərləri barədə də informasiya yer alır.(trtazərbaycan)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...