Koronavirusa mahnı yazıldı - VİDEO | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


Koronavirusa mahnı yazıldı - VİDEO

Maraqlı A- A A+

Dünyanı çənginə alan koronavirus (CoVID-19) pandemiyasına mahnı yazılıb.

EDNews.net bildirir ki, Hindistanın Azərbaycandakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, Hindistan Mədəni Əlaqələr Şurası tərəfindən “COVID-19”a aid mahnı bəstələnib. Hindistanın müxtəlif bölgələrindən olan bəstəkarlar, müğənnilər və musiqiçilər evdəqal kampaniyası çərçivəsində səsyazmaları ilə “Birlikdə mübarizə aparırıq” adlı musiqinin hazırlanmasına öz töhfələrini veriblər. Mahnıda hind klassik musiqisinin notlarından istifadə olunub. Bu mahnı Vasudhaiva Kutumbakamın əsas anlayışı olan “Dünya bir ailədir” mesajını çatdırır.

Mahnıda “COVID-19”la mübarizədə əzmkarlıq, əsla vaz keçməmək kimi mənalar ötürülür. Mahnının ifasında Coe Alvares Rəşid, Tubbi, Salome və Samira kimi Hindistanın məşhur simaları yer alıb.

Hindistanın Xarici İşlər Nazirliyi mahnının dünyaya həsr edildiyini bildirib. 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...