Trabzonda koronavirus şübhəsi ilə nəzarətdə saxlanılan şəxs xəstəxana otağındakı çarşafları birləşdirərək qaçmağa çalışıb. Lakin maraqlı məqam odur ki, Gürcüstan əsilli şəxs ikinci mərtəbədə asılı qalıb.
EDNews.net xəbər verir ki, hadisə Trabzon Qanuni Təhsil və Araşdırma Xəstəxanasında yaşanıb.
Hadisəni müşahidə edən xəstəxana personajları və ətrafdakı vətəndaşlar təhlükəsizlik qüvvələrinə xəbər verib.
Nəticədə şəxs təkrar otağına gətirilərək nəzarətə götürülüb.
Şəxsin psixoloji problemlərinin olduğu da ortaya çıxıb.