Pandemiya dövründə yaponiyalı mütəxəssislər təkrar istifadə edilə bilən tibbi maska hazırlayıblar.
EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, qoruyucu vasitə Niiqata Universitetinin əməkdaşları tərəfindən hazırlanıb.
Yeni vasitə COVİD-19 da daxil olmaqla insanları virus infeksiyalarına yoluxmaqdan qoruyur. Yeni maskanı 100 dəfəyə qədər yumaq mümkündür.
Bu maskaların yalnız Yaponiyada satılacağı gözlənilir. Onun mayın 23-dən satışa çıxarılması planlaşdırılır.