Karantini pozan bələdiyyə başçısı özünü ölülüyə vurdu - FOTO | Eurasia Diary - ednews.net

26 Noyabr, Cümə axşamı


Karantini pozan bələdiyyə başçısı özünü ölülüyə vurdu - FOTO

Maraqlı A- A A+

Peruda bələdiyyə başçısı dostları ilə içki içmək üçün karantin qaydalarını pozub.

Sondakika.com xəbər verir ki, hadisə Kastrovirreyna əyalətinin Tantara rayonunda baş verib.

Bələdiyyə başçısı Cemi Rolando Urbina Torres koronavirusu ciddi qəbul etməyərək, dostları ilə spirtli içki içib.

Polisin gəldiyini görən Torres və ətrafındakılar yaxalanmamaq üçün tibbi maska ​​taxaraq tabutlara giriblər. Polis bundan əvvəl onların şəkillərini çəkməyə müvəffəq olub.

Qeyd edilir ki, Torres əvvəllər yerli sakinlər tərəfindən virusu ciddi qəbul etməməkdə və bölgədə zəruri təhlükəsizlik tədbirləri görməməkdə ittiham olunub.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...