5G texnologiyasından qoruyan USB | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


5G texnologiyasından qoruyan USB

Maraqlı A- A A+

Koronavirus pandemiyası ortaya çıxandan 5G texnologiyasına qarşı çıxanların sayı xeyli artıb. Bəziləri hesab edir ki, pandemiyanın ortaya çıxmasının səbəbi sözügedən texnologiyadır.

EDNews.net   ted.az-a istinadən bildirir ki, bundan dolayı 5G-dən qoruduğu iddia edilən 5GBioShield USB-si ortaya çıxıb.

Koronavirusun yayılmasında 5G-nin təsiri olduğuna dair konspirasiyaları fürsətə çevirən fırıldaqçılar İngiltərədə 5GBioShield USB-ni satışa çıxarıblar. 340-410 dollar aralığında qiymətə sahib bu cihazın "kvant holoqrafik katalizator texnologiyası" vasitəsilə 5G-dən qoruduğu iddia edilir.

Qısa müddətdə böyük maraq toplayan 5GBioShield USB-nin saxta olduğu sübut edilib.

Daxilində 128MB yaddaş çipi olan cihazın ümumi dəyəri əslində təxminən 6 dollardır.(milli.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...