“Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTO | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


“Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTO

Maraqlı A- A A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü əsasında 2020-ci il - “Könüllülər ili” ilə əlaqədar hazırlanmış poçt markası artıq dövriyyəyə buraxılıb.

Qurumdan verilən məlumata görə, məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Könüllülər ili”nə töhfə verməkdir.

Poçt markasının təsvirində aydın səma fonunda əl-ələ tutmuş 3 insan silueti simvolik olaraq insanlar arasındakı birliyi, həmrəyliyi, qarşılıqlı köməyi ifadə edir. İnsan fiqurları arasındakı boşluqlar isə qədim zamanlardan sülh quşu, qayğı, xoş məram simvolu sayılan göyərçin silueti əmələ gətirir.

Poçt markası rəssam Vüqar Əyyubovun dizaynı əsasında hazırlanıb və 7 min tirajla çap olunub.

 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...