Avropa ilə Asiyanı birləşdirən qəhrəman şəhər Çanaqqala

Maraqlı 00:05 12.03.2021

Çanaqqala Türkiyədə qəhrəmanlar şəhəri kimi tanınır.

Turumuzun ilk günündə Yeşim Çözeli bütün jurnalistləri “Asiya”ya xoş gəldiniz deyə salamladı. Əslində Mərmərə bölgəsi bütöv bir ərazidən ibarət olub və Mərmərə dənizi sadəcə şirin suyu olan göl kimi Trakiya bölgəsinin cənub hissəsində mövcud olub. Tur bələdçimizin Eurasia Diary-yə verdiyi məlumata görə, təxminən eradan 8000 il öncə tektonik zəlzələlər nəticəsində ərazi parçalanaraq ikiyə ayrılıb və günümüzdə Avopa və Asiyanı ayıran o məşhur kanal Dardanel və yaxud Çanaqqala boğazı adlanır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup Azərbaycanlı jurnalistin Türkiyəyə səfəri davam edir. Yolumuz təşkilatın jurnalistlər üçün ayırdığı yüksək komfortlu avtobusla İstanbuldan start götürdü və təxminən 5 saat  ərzində Mərmərənin əsrarəngiz bölgələrini keçərək nəhayət Gelibolu (yunancada Qalipoli) adlanan yarımadaya vardı.

Gelibolu yunan dilindən Türk dilinə assimlyasiya olunaraq keçən bir qəsəbə adıdır. Qali əslində yunancada gözəl, poli isə şəhər mənasını verir, yəni tam olaraq bu ad gözəl şəhər anlamına gəlir. Yarımada özü Avropa hissəsində yer alır və adı ilə məşhur olan Çanaqqala şəhərindən Dardanel və yaxud da Çanaqqala boğazı ilə ayrılır. Çanaqqalaya avtobusumuz bərə vasitəsilə təxminən yarım saatlıq bir boğaz turu edərək daxil oldu. Şəhər həqiqətən də bir qəhrəmanlar şəhəridir. İlk axşamı bizi sakit qarşılasa da, ertəsi günü gecələdiyimiz qonaq evinin pəncərələrini döyən güclü külək bizə sanki doğma Bakını xatırlatdı.      

Şəhərə vararkən atıq hava qaralmışdı. O üzdən Çanaqqala səfərimizin əsas hissəsini ertəsi günü davam etməli olduq. 

İlk olaraq ziyarətimizi Bəhramqala, yaxud da qədim adı ilə tanınan Assos antik şəhərindən başladıq. Keçmiş adından göründüyü kimi şəhərin yaranma tarixi qədim Yunan Roma tarixi ilə sıx əlaqəlidir və təxminən eramızdan əvvəl 10-cu minillikdə yarandığı bildirilir. Çanaqqladan təxminən 80km cənub qərbdə yerləşən Bəhramqala məşhur İda və Qaz dağları ilə qonşudur. Şəhər özü dəniz sahilində olsa da, ona yaxın qəsəbə olan Əzinə daha çox dağ bölgəsində olduğu üçün ləzzətli zeytun və pendiri ilə çox məşhrdur. Hətta bir çoxları buranın pendirini almaq üçün yüzlərlə kilometr yol qət edib bura gəlirlər. Bu da onu göstəir ki, ərazi heyvandarlıq və əkinçiliklə bu ərazidə yaşayanların ənənəvi peşəsidir. Bəhramqalanın bir tərəfi Egey dənizi, digər tərəfi isə dağlara baxır. Şəhərə girişdə yüksək dağın başındakı qala bütün turistləri salamlayır.

XV yuzillikdə atamız I Murad Xudavendegahın dönəmində inşa edilən Bəhramqala camisi 700 ilə yaxın bir tarixi özündə əks etdirir. Tarixin zənginliyi Bəhramqalada insana marlaqlı anlar bəxş edir. Bir tərəfdən qədim yunan mədəniyyətinin izləri, digər tərəfdən də Osmanlı türk inşaatı qarışıq mədəniyyətin sintezini ortaq bir nöqtədə özündə cəmləşdirir. Abidələrin çoxu tarixi milyon illərə dayanan andessit daşlarından hazırlanıb. Həmin daşlar vulkan püskürmələri nəticəsində formalaşan ən ağır nadir tapıntı daşlardır. Osmanlı dönəmində antik yunan abidələrinin söküntülərindən qalan həmin daşlarla bir çox məscid və qalalar inşa edilib.  

Əziz oxucular, qəhrəmanlar şəhəri olan Çanaqqlaya səyahətimiz davam edir. Yaxında sizləri Çanaqqlanın daha maraqlı və görməli yerlərindən salamlayacağıq. 

 

Elnur Ənvəroğlu

Çanaqqala

  

 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı