Qələbə günü münasibətilə Rusiya XİN fleşmob keçirib.
Bu barədə ölkənin Bakıdakı səfirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Fleşmobda Rusiyanın 54 ölkədə, o cümlədən də Azərbaycanda olan səfirlik nümayəndələri “Katyuşa” mahnısını ifa ediblər.
Bununla yanaşı, bugün səfir Mixail Boçarnikov və digər MDB ölkələri səfirləri Nərimanov rayonundakı II Dünya müharibəsinə həsr olunmuş abidəni zəyarət edərək, önünə əklik qoyublar.