Məhşur kino ulduzu Jan-Klod Van Dammın oğlu həmyerlimiz Suadə Hacızadə ilə ailə qurub.
Eurasia Diary xəbər verir ki, cütlüyün nikah fotoları sosial şəbəkədə yayılıb. Nikah mərasimi Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub. Kristofer Van Damm azərbaycanlı pianoçu Suada Hacızadə üçün ABŞ-dan Türkiyəyə gəlib və konsulluğun binasında rəsmi nikah mərasimi keçirilib.
Qeyd edək ki, Kris van Damm 1987-ci ildə Los-Ancelesdə anadan olub. O, aktyor və kinorejissordur.
Kristofer Van Varenberq Vətən müharibəsi zamanı da Azərbaycana öz dəstəyini nümayiş etdirib.
O, müharibə zamanı üzərində “Qarabağ Azərbaycandır! Dünya niyə hələ də susur?” yazılmış plakat tutub.