NASA-nın kamerasında yad cisimlər - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Sentyabr,

NASA-nın kamerasında yad cisimlər - FOTOLAR

Maraqlı A- A A+

NASA-nın Beynəlxalq Kosmik Stansiyasının (BKS) canlı yayımında olan görüntülər müzakirələrə səbəb olub. 

Eurasia Diary xəbər verir ki, diqqət çəkən görüntüdə ən azı 10 naməlum obyekt hərəkət edir. 

Yer planetindən başqa digər qalaktikalarda yaşamın olub-olmaması hələ də gündəmdə qalan məsələlərdəndir. Lakin hələ kainatda tək olmadığımız haqqında heç bir rəsmi fakt yoxdur. Ancaq NASA-nın canlı yayımında görünən yad cisimlər yenidən bu mövzunu gündəmə gətirib. 

ABŞ isə son həftələrdə dünyanın səbirsizliklə gözlədiyi UFO-lar haqqında hesabatını yayımlayıb. Hesabatı hazırlamaq üçün ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Donanma pilotları tərəfindən 20 il ərzində bildirilən 140-dan çox məlumatı araşdırıb. 

Məlumata görə, Amerika kəşfiyyatı səlahiyyətliləri Donanma pilotlarının gördüyü cisimlərin  yadplanetlilər olduğuna inanmırlar. Ancaq bu uçan cisimlərin də nə olduğunu izah edə bilmirlər.

1

Unikal.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...