Xəzər dənizində kruiz marşrutunun yaradılması təklif edilib | Eurasia Diary - ednews.net

19 Sentyabr,

Xəzər dənizində kruiz marşrutunun yaradılması təklif edilib

Maraqlı A- A A+

Volqa çayı boyunca Xəzər dənizinə və geri – Azərbaycan, Türkmənistan, Qazaxıstan və İrana yan almaqla kruiz marşrutunun yaradılması təklif edilib.

Eurasia Diary Rusiya mətbuatına istinadən xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Federasiya Şurasına Xəzər dənizində beynəlxalq kruiz turizminin artmasını nəzərə alınaraq Volqa çayının inkişafı üçün milli strategiyanın qəbul edilməsi təklifini göndərib.

Məlumatda qeyd olunur ki, bölgənin bu mövzuya marağı təsadüfi deyil. Belə ki, Həştərxan yeni beynəlxalq kruiz marşrutları üçün başlanğıc nöqtəsi olması zəruri hesab olunur.

"İlk növbədə, söhbət Volqa boyunca Xəzər dənizinə və geri – dörd Xəzəryanı ölkəyə (Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran) yan almaqla su səyahətindən gedir", - məlumatda bildirilir.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...